thumb|420px|Havaşan kəndi, Şəkil cənubdan çəkilmışdır. Havaşan ( ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir.

2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır.

Coğrafiyası Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub.

Əhali və dil Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.N.Süleymani,"Givi tarix aynasında",Bağe rizvan Nəşriyyatı,Ərdəbil,2008 ci il ISBN 978-964-8358-65-0

İqtisadiyyatı Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir.

Təhsilin vəziyyəti Kənddə ibtidai məktəb fəaliyyət göstərir.

Din Havaşanın əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (İsnə Əşəriyyə) məxsusdur.

İstinadlar

Kateqoriya:Kövsər şəhristanının kəndləri