Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur.

Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır.

Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir.2. The Formation of Ethnic Groups, page 30. // Ethnicity and Ethnic Conflict in the Post-Communist World. Author: Ben Fowke. Basingstoke and York City New York: Macmillan Palgrave Macmillan, 2002, XII+228 pages. ISBN 9780333792568 Vasily Bartold Bartold V.V., "Sochineniia", volume II, part ۱, "Vostochnoi Literatury" Publishers, Moscow, 1963, p. ۷۰۳ رضا، عنایت الله، دایرةالمعارف بزرگ اسلامی، جلد 7، "اران"، چاپ اول : 1375، تهران، صص 421 تا 424 Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır.نام و مرزهاى آذربايجان ، نوشته: دکتر‌جواد‌هيئت، نشريه "وارليق"‌ـــ‌‌سال پانزدهم، شماره پائيز ١٣٧٢ تهران، ترجمه از ترکى‌آذربایجانى: دکتر‌على قره‌جه‌لو Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir.

Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.

E.ə. 7-ci əsrin ortalarında mərkəzi Ekbatana, yəni müasir Həmədan ətrafında yerləşən Midiya dövləti qurulur. Bu dövlət e.ə. 6-cı əsrin ortalarında fars mənşəli Əhəmənilər sülaləsinin hücumları nəticəsində süquta uğrayır və Əhəmənilər dövlətinin əsası qoyulur. Keçmiş Midiya ərazisi Əhəmənilər dövlətinin tərkibində bir inzibati ərazi vahidinə - Midiya satraplığına çevrilir.

Nəhayət, e.ə. 4-cü əsrdə Əhəmənilər dövləti Qavqamela döyüşündə Makedoniya İmperiyasına məğlub olur.

Atropatena dövrü Atropatena dövlətinin hökmranlığı e.ə. 4-cü əsrdən eramızın 3-cü əsrinə qədərki müddətə təsadüf edir.thumb|right|350px|Qafqaz bölgəsinin e.ə. 290-cı il üçün olan xəritəsi. Xəritədə Atropatena və Albaniyanin əraziləri də əks olunub.E.ə. 331-ci ildə Əhəmənilər dövlətinin ərazisi Makedoniyalı İsgəndər tərəfindən fəth edilir, həmin dövrdə Midiya satrapı olan Atropat isə İsgəndərin hakimiyyətini qəbul edərək öz satrap titulunu saxlaya bilir.

İsgəndərin e.ə. 323-cü ildəki vəfatıyla vahid Makedoniya İmperiyası tədricən süquta uğrayır. Midiya satraplığının ərazisi cənubda yerləşən Böyük Midiya və şimalda yerləşən Kiçik Midiya olaraq iki yeni satraplığa bölünür. Atropat bu dövrdən başlayaraq Kiçik Midiya satraplığını idarə edir.

Keçmiş Makedoniya İmperiyası ərazisinin bölüşdürülməsiylə yaranmış Selevkilər İmperiyası Böyük Midiya ərazisini bilavasitə öz idarəsi altına saldığı halda, Selevkilərin hakimiyyəti Atropat tərəfindən tanınmır, və o müstəqil hökmdara çevrilir.

Atropatın idarə etdiyi Kiçik Midiya tədricən onun adıyla "Midiya Atropatena" və ya sadəcə "Atropatena" olaraq tanınmağa başlayır. Sonralar bu tarixi ərazinin adı "Azərbaycan" şəklini alır.

Atropatena dövlətinin mərkəzi Qazaka şəhəri təyin olunur. Atropatena sonralar Parfiya dövlətindən asılı vəziyyətə düşür, dövləti idarə edən Atropatidlər sülaləsi isə parf mənşəli Atropatena Arşakiləri sülaləsiylə əvəz olunur. Buna baxmayaraq, Atropatena öz müstəqilliyini qoruyub saxlaya bilir.

Eramızın 3-cü əsrinin əvvəllərində isə həm Parfiya, həm də Atropatena bir digər fars mənşəli sülalə - Sasanilər sülaləsi tərəfindən fəth edilir, beləliklə Sasanilər dövlətinin əsası qoyulur.

Sasanilər dövrü Sasanilər dövlətinin hökmranlığı 3-7-ci əsrlərə təsadüf edir.right|350px|thumb|Sasanilər dövlətinin Adurbadaqan kustunun sərhədləri (6–7-ci əsrlər)Šahrestānīhā-ī Ērānšahr : a Middle Persian text on late antique geography, epic, and history : with English and Persian translations, Author: Touraj Daryaee, Publisher: Costa Mesa, Calif. : Mazda Publishers, 2002.Atropatena ərazisi 3-cü əsrdə Sasanilər dövlətinin tərkibində bir əyalətə çevrilir və "mərzban" titulunu daşıyan idarəçiyə tapşırılır. Sonralar, təxminən 6-cı əsrdə dövlət ərazisində "kust" adını daşıyan 4 iri inzibati ərazi vahidi yaradılır və müxtəlif əyalətlər onların tərkibinə salınır. Hər kust "sepəhbod" (və ya "ispəhbəd") adını daşıyan bir idarəçiyə tapşırılır.

Sasanilər dövlətinin tərkibində aşağıdakı kustlar yaradılır:

1) "Kust-ī Xwarāsān" - şimal-şərq və ya Xorasan kustu

2) "Kust-ī Xwarwarān" - cənub-qərb kustu

3) "Kust-ī Nēmrōz" - cənub-şərq kustu

4) "Kust-ī Ādūrbādagān" və ya "Kust-ī Kapkoh" - şimal-qərbŠahrestānīhā-ī Ērānšahr : a Middle Persian text on late antique geography, epic, and history : with English and Persian translations, Author: Touraj Daryaee, Publisher: Costa Mesa, Calif. : Mazda Publishers, 2002., Azərbaycan (Adurbadaqan) və ya Qafqaz (Kapkoh) kustuدائره‌المعارف بزرگ اسلامي جلد 8، استان ، ابولفضل خطيبي، شماره مقاله:3294. Qeyd etmək lazımdır ki, Kust-ī Ādūrbādagāna Arran (Qafqaz Albaniyası) və Armin (Latinca: Armenia) daxil olunurdu. Kustın marzbanı (hərbi baş-qərarliq) Azərbaycanın Ərdəbil şəhərində yerləşirdi. . Bu inzibati bölgüyə əsasən, Sasanilər dövlətinin şimal-qərb əraziləri, o cümlədən Qafqaz dağlarından cənubda yerləşən və Qafqaz Albaniyasının tərkib hissəsi olan, gələcəkdə isə "Şirvan", "Arran" və s. adlar daşıyacaq ərazilər Adurbadaqan kustuna daxil edilir.Pərviz Zareh Şahmərəsi, Azərbaycan-e İran və Azərbaycan-e Qafqaz (İran Azərbaycanı və Qafqaz Azərbaycanı), "Əxtər" nəşriyyatı, Təbriz, 1385 (h.ş.) / 2006 (m.)

پرویز زارع شاهمرسی . آذربایجان ایران و آذربایجان قفقاز .انتشارات اختر . تبریز 1385thumb|right|350px|Atropatena və Albaniyanin müxtəlif dövrlərdəki əraziləriAtropatenanın şimal sərhədləri həm müstəqil olduğu, həm də Sasanilərin bir əyaləti olduğu dövrlərdə əsasən Araz çayından cənubda yerləşən ərazilərə çatır. Lakin bəzi yunan tarixçiləri Atropatena ərazisinin həm də Qafqaz dağlarına qədər uzandığı fikrində idilər, bu isə Atropatenanın müxtəlif dövrlərdə həmçinin Arazdan şimaldakı əraziləri əhatə etdiyinə işarə edir.

İslamaqədərki dövrdə Atropatenanın tərkibinə Xəzər dənizi sahilində yerləşən Kaspiana (sonralar Paytakaran/Balasakan, hazırda Muğan bölgəsi), Urmiya gölündən qərbdə yerləşən Siqriana (hazırda əsasən Qərbi Azərbaycan ostanı ərazisi), Van gölündən şərqdə yerləşən Basoropeda, Favnitida (hazırda Zəngəzur bölgəsi) kimi ərazilər daxil idi.

Adurbadaqan kustunu təşkil edən daha kiçik inzibati ərazi vahidləri olan şəhristanlar haqqında məlumat "Şəhristaniha-yi İranşəhr" (Šahrestānīhā-ī Ērānšahr)Bu kitabın əsli pəhləvi dilində yazılmışdır, onun 7-ci əsrdə qələmə alınan bir nüsxəsi mövcuddur. əsərində verilmişdir:Adurbadaqan kustunda Qanzak şəhristanı Turun oğlu Frasiyak (Əfrasiyab) tərəfindən tikilmişdir. Amol şəhristanı ölüm dolu imansızın biri (zəndiq-e pormərg) tərəfindən tikilmişdir. Spitamanın oğlu Zərdüşt bu şəhristandan idi. Bağdad şəhristanı Əbu Cəfər tərəfindən tikilmişdir ki, ona Əbu Dəvaniq (kafirlərin dədəsi) deyirlər.شهرستانهای ایران (7 صفحه — از 169 تا 175) مجلات : هنر " مهر " آذر 1321 — شماره 73 " مترجم:هدایت، صادقشهرستانهاي ايران احمد تفضلي (برگرفته از: شهرهاي ايران، ج2، به كوشش محمديوسف كياني، جهاد دانشگاهي، سال 1366)Erməni yazıçısı Movses Xorenatsinin yazdığı kitabı alman alimi Yozef Markvart (Joseph Marquart / Joseph Markwart) alman dilinə tərcümə edib və 1901-ci ildə Berlində dərc edib. Sasanilər dövründən qalma və orta fars (pəhləvi) dilində yazılmış hansısa digər, naməlum bir qaynaqdan yararlanan bu əsərdə Adurbadaqan kustunun yerinə "Kapkoh kustunun" adı keçir və onun aşağıdakı diyarlardan ibarət olduğu qeyd edilir:1 - Atrpatakan (Atropatena),

2 - Armn, yəni Haik (Ərmən),

3 - Warğan, yəni Wirk (Gürcüstan),

4 - Ran, yəni Alvank (Albaniya),

5 - Balasakan (Biləscan - Muğan),

6 - Sisakan (hazırkı Sünik və ya Zəngəzur),

7 - Are (Rey),

8 - Gelan Şancan (Gilan - Zəncan),

9 - Dlmunk (Deyləman),

10 - Dmbavand (Dəmavənd),

11 - Taprstan (Təbəristan - hazırkı Mazandaran),

12 - Rvan (Royan-Xəzər dənizinin cənubunda),

13 - Aml (Amol-Mazandaranda bir şəhər)Eranshahr nach der Geographie des Ps. Moses Xoranac'i, by Joseph Marquart/Markwart (Berlin, 1901) [Iran according to the Geography of Pseudo-Moses Xoranac'i]Ərdəbilin tarixi keçmişi, Adil irşadifər Araz qəzeti, say 101 پیشینه تاریخی اردبیل, عادل ارشادی فرد – به نقل از نشریه آراز شماره 101 (Parantez içində verilən izahat bu qaynaqdandır)Əbülqasım Firdovsi bu kustun adın "Azərabadgan" şəklində qeyd etmişdir. Onun şeirində Ərməniyyə, Ərdəbil və Gillərin yurdu (yəni Gilan) bu kustda göstərilibdir.چارسو-شمال، جنوب، مشرق، مغرب، احمد كسروي، ماهنامه پيمان، سال يكم، شماره يكم و دوم، آذرماه 1312شاهنامه خاور، ج 4، ص 378 و 372وزو بره بد آذرآبادگان // كه بخشش نهادند آزادگان — وز ارمينيه تا اردبيل // بپيمود دانا خرد بوم گيلthumb|right|350px|Əbu Reyhan əl-Biruni, Azərbazkanı İranın şimalında göstərmişdir.İslamdan sonrakı dövrdə İbn Xordadbeh (9-10-cu əsr)Əlməsalekol məmalek , İbni xurdazbeh, 1309 H.Q, Lidən şəhəri, S 118–119 və Əbu Reyhan əl-Biruni (9-cu əsr) The Remaining Signs of Past Centuries (Arabic: الآثار الباقية عن القرون الخالية‎, Kitāb al-āthār al-bāqiyah `an al-qurūn al-khāliyah) by Abū Rayhān al-Bīrūnī, P vii, islamaqədərki dövrdə mövcud olmuş Adurbadaqan kustunun adını "Azarbazkan" kimi qeyd etmişdirlər. İbn Xordadbeh öz "Kitab əl-məsalik vəl-məmalik" əsərində keçmişdə Sasanilər dövlətinin şimal hissəsini idarə edən ispəhbədin "Azarbazkan ispəhbəd" olaraq adlandırıldığını, ərəblərin gəlişindən sonra şimal ərazilərində yaradılmış və təxminən keçmiş Adurbadaqan kustunun ərazisini əhatə edən "əl-Cərbi" bölgəsinə Ərməniyyə, Azərbaycan, ər-Rey, Dəmavənd, Təbəristan, ər-Ruyan, Amul, Sariyə, Şalus, əl-Lariz, əş-Şirriz, Tamis, Dihistan, əl-Kəlar, Cilan, Bədəşvarcar, əl-Bəbr, ət-Taylasan, əl-Xəzər, əl-Lan, əs-Saqalib və əl-Əbar bölgələrinin daxil olduğunu qeyd etmişdir.

Dərbənddə Sasanilər dövründən qalma bir kətibə Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə Dərbəndədək uzandığı barəsində həmin şəhərin hasarlarındakı pəhləvi yazıları məlumat verir; bu yazılar b.e. 553-cü ilində Azərbaycandakı sasani mərzbanı Bərzniş tərəfindən tərtib edilmişdir:Е. А. Пахомов. Пехдлевийские надписи Дербенда , 1929, с. 29Mən, şimal qəbilələrinin Azərbaycana hücumunun qarşısını almaq məqsədilə Dərbəndin şimal hissələrində qalalar tikmək üçün Ənuşirəvan tərəfindən məmur olaraq təyin olundum.دکتر حسین الیاری، نام شهرها و وضع راههای آذربایجان در قرون نخستین اسلامی، نشریه دانشکده ادبیات دانشگاه تبریز، تابستان 1363، شماره مسلسل 132، ص 93

Azərbaycanın islamdan sonrakı tarixi-siyasi coğrafiyası

Erkən islam dövrü və Ərəb xilafəti dövrü Hazırkı Azərbaycan ərazisi və ətraf bölgələr 642-ci (hicri 22-ci) ildə Ərəb xilafəti ordusu tərəfindən fəth edildi. Ərəb hakimiyyəti dövründə üç tarixi-coğrafi ərazi – Azərbaycan, Arran və Ərməniyyə bir inzibati vahidə birləşdirilərək idarə olunmuş, sonrakı dövrlərin ərəb coğrafiyaçıları isə bu səbəbdən bu inzibati vahidi və onun bütövlükdə əhatə etdiyi bölgəni bəzən "əl-Cərbi", bəzən "ər-Rihab", bəzən "Ərməniyyə", bəzən də "Azərbaycan" adlandırırdılar.

Ərəblərin hakimiyyəti dövründə müəyyən bir inzibati bölgü mövcud idi. Xilafət dövründə ölkə vilayətlərə, vilayət quralara, qura (kura) nahiyələrə, nahiyə isə rustaqlara bölünürdü. Rustaqlar bir neçə kənddən və mülklərdən ibarət bir inzibati bölgü təşkil edirdi. Hər rustaqın tərkibində bir neçə qəryə (kənd) və ziya (mülk) var idi.

Əl-Yaqubinin "Kitab əl-buldan" əsəri