Qaracəmirli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Qaracəmirli kəndinin yaranması haqqında bir neçə fərziyyə mövcuddur: İlk fərziyyəyə əsasən yaşayış məntəqəsinin əsasını qoyan Qara və Əmir adlı iki qardaşın at ilxısı olur. Bir gün həmin ilxı itir və onlar atları axtara–axtara gəlib indiki Qaracəmirli ərazisinə çatırlar. Bu yerlərin münbit topağı, gözəl havası çox xoşlarına gəlir və burada kənd salırlar. Elə o vaxtdan kəndin adı ilə Qaracəmirli adlanır.

İkinci fərziyyə daha dəqiqdir; deyilənlərə görə el arasında Qaraca Əmir adı ilə tanınan bir kişinin at ilxısı varimiş. Bir gün həmin kişinin atları itir, atları gəzə–gəzə gəlib kəndin indi yerləşdiyi əraziyə çatır. Bu yerlər onun xoşuna gəldiyi üçün burada yaşamağa qərar verir. O gündən bura Qaracaəmir adlanır. Sonralar formalaşıb qaracəmirli olur. Bu oykonim "Qaraca Əmirin nəsli" mənasındadır.

Digər fərziyyəyə görə kəndin adı keçmişdə maldarlıqla məşğul olan Gülüklü, Qapanlı və Koltəknəli adlı kiçik məntəqələrin sakinlərinin ümumi adı olan Qaracəmirli icmasının adı ilə bağlıdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.21. thumb|Əhəmənilər sarayı

Coğrafiyası və iqlimi Rayon mərkəzi ilə məsafəsi 25 km-dir. İqlimi subtropikdir. Yay İsti, qışı mülayim rütubətlidir. Kür çayından 10 km aralı, Gəncə–Qazax düzənliyindədir.

Orta temperatur qış aylarında 3 dərəcə, yay aylarında isə 30 dərəcədir.

Əhalisi Təxminən 6000 min nəfərdən artıq əhalisi var

Şəxsiyyətləri Qaracəmirli kəndinin əhalisi 72 nəsildən ibarətdir. Qaracəmirli ziyalılar, elmlər doktorları, tarixcilər, müəllimlər yurdudur.

Aşıq Qasım (1867–1919) — XIX əsr Azərbaycan aşıqlarındandır.Azərbaycan Aşıqları və El Şairləri II, Bakı, 1984, s. 109-112Telli Saz Ustadları, Bakı, 1964, s. 95-97. Şəmkirli Aşıq Hüseyn (1811–1891) — XIX əsr görkəmli Azərbaycan aşıqlarındandır.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri