Günəşli (keçmiş adları: Novotroitskoye, Qolistıno, Martuni (1990-dək)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dağətəyi ərazidədir.

Yaşayış məntəqəsini XIX əsrin ortalarında Rusiyadan köçürülmüş kəndlilər Novotroitskoye adı ilə salmışlar. Kənd salındığı ərazinin adı ilə bir müddət Günəşli kimi tanınmışdır. Sonralar knyaz Qolitsının adı ilə Qolitsıno adlandırılmışdır. Siyasi hadisələrlə əlaqədar 1918-ci ildə kəndin sakinləri şimali Qafqaza köçmüşlər.

Sonralar Ermənistanın Noyemberyan rayonundan Gədəbəyin mis mədənlərinə işləməyə gəlmiş erməni ailələri burada məskunlaşmışdı. 1929-cu ildə Qolitsınoda Martuni adına kolxoz yaradılmış və kəndə də Martuni (Aleksandr Myasnikyanın təxəllüsü) adı verilmişdır. 1990-cı ildə yaşayış məntəqəsinin adı dəyişdirilərək yenidən Günəşli adlandırılmışdır. Hal-hazırda əhalinin 35% Bakı və digər rayon əhalisi yerləşir.

Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kənd əhalisi 479 nəfərdir ki, onunda 253 nəfəri kişi, 226 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri