Yeni Göyçə (1991-ci ilədək Saler) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar.
Əhalisi 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri