İkinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun İkinci Udullu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə Udullu (indiki Birinci Udullu) kəndindən köçmüş bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Şahsevənlərin udullu tayfasının adı ilə bağlı olan kəndlərdəndir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1407 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Din Kənddə II Udullu Qubalı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri