Nataliya İqoryevna Seleznyova (; ) — Sovet və Rusiya teatr və kino aktrisası, Rusiyanın xalq artisti (1996) .

Həyatı

Nataliya Seleznyova 19 iyun 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1966-cı ildə Şşukin adına teatr məktəbini bitirmiş və satira teatrının aktrisası olur. 6 yaşında Sovet Ordusu tearının tamaşasında baş rollardan birini ifa etmişdir. Kinoda isə 1953-cü ildən fəaliyyət göstərməyə başlamışdır. Seleznyovanın ən böyük kino uğuru isə kinorejissor Leonid Qaydayın məşhur ""I" əməliyyatı və Şurikin başqa macəraları" kinoalmanaxındakı Lida obrazı olmuşdur.

Bundan sonra o, Qaydayın daha iki filmində maraqlı obrazlar yaratmışdır. Şəxsi həyatına gəldikdə isə, Nataliya Seleznyova 1968-ci ildə çəkilən "Xəlifə leylək" filmində tanış olduğu aktyor Vladimir Alekseyeviç Andreyevlə ailə qurmuşdur. 1969-cu ildə onların oğlu Yeqor dünyaya gəlmişdir.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol1953 Alyoşa Ptisın xarakter formalaşdırır Saşenka1956 Qız və timsah Девочка и крокодил1961 Alyonka Yelizaveta1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Lida1966 Saşa-Saşenka Saşa1966 Təkəri kim ixtira edib? Zoyka1967 Mən sizi sevirdim... Lidiya Nikolayevna1969 Xəlifə-leylək Benares şahzadəsi1969 Köhnə tanış rəssam Nataşa1970 Biz Tişkanı necə axtardıq? tərbiyəçi1970 Sarı çamadanın macərası Petyanın anası1970 Solo Sonya1972 Nöqtə, nöqtə, vergül... sahə həkimi1973 İvan Vasilyeviç peşəsini dəyişir Zinaida Mixaylovna Timofoyeva1974 Öz sevgilin Alya Malışeva1975 Ola bilməz! Tanyuşa1977 Nukinin macəraları Alyoşanın anası1977 Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu Şurikin arvadıLidamusiqiçi1978 Küçə ilə komod aparırdılar Vika1979 Mövzu Svetlana1981 Havanın soyuması və qar gözlənilir epizod1982 Sadəcə dəhşət! qız1982 Kişiləri qoruyun! Alla1986 Mən sənə nifrət edirəm 1991 Məhkumların əhatəsi Fima Korablyova1992 Dəniz üzərindəki ulduzlar Vladimirin anası1995 Ev 1996 İmpotent Tatyana1996 Çiyələk Süzanna1995 Əsas məsələ haqqında köhnə mahnılar Zina Timofeyeva1998 Primadonna Meri İnna2000 Qısa ətəkli agent Nataliya İvanovna2001 Mələyin nəzər nöqtəsi ilə Tereza Konstantinovna2002 Melometin təbəssümü fəal qadın2002 Uğursuzun oğlu Arkadinin anası2003 Prokurorun yubileyi prokurorun qonşusu2003 Love-servis Marqarita Semyonovna2004 Oğrular və fahişələr. Mükafat - kosmosa uçuşdur Yelena Stasova2006 Siz məni tərk etməzsiniz Nataliya Vasilyevna2007 Gecə vaxtı qışqırıq 2007 Fırıldaqçılar Sima xala2008 Başçılar Klavdiya Semyonovna2010 Ana-Moskva 2013 Yaxşı qızlar diyarı nənə2014 Yeni il növbəsi

İstinadlar

Mənbə Наталья Селезнёва на сайте Московского академического театра сатиры Любимая актриса Леонида Гайдая

Xarici keçidlər

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya Federasiyasının xalq artistləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları