Xeyrımlı (keçmiş adları Dil Xeyrımlı və Deli Xeyrımlı) — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Toponimikası Xeyrımlı (oykonim, sadə). Gəncə-Qazax düzənliyindədir.
Keçmiş adı Dil Xeyrımlı və Deli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının, və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri