Zanqın özünüqiymətləndirmə depressiya cədvəli () Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır.Zung WW (1965) A self-rating depression scale. Archives of General Psychiatry 12: 63-70 PMID 14221692 Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik.
Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub. ZDRS cədvəlinin validliyi digər kliniki cədvəllərlə, o cümlədən Hamilton cədvəli və Bekin sorğu vərəqəsi ilə müqayisədə təsdiq olunub. Cədvəlin həssaslığı müxtəlif qrup depressiv pozuntusu olan xəstələrin və belə pozuntusu olmayan şəxslərin arasında sınaqdan keçirilmişdir.Zanqın özünüqiymətləndirmə depressiya cədvəli bir çox dillərə tərcübə olunmuş və bu dillərə uyğun adaptasiya edilmişdir. ZDRS cədvəlin xarici dillərə apaptasiyaları arasında alman, azərbaycanMammadova F, Sultanov M, Hajiyeva A, Aichberger M, Heinz A. Translation and adaptation of the Zung Self- Rating Depression Scale for application in the bilingual Azerbaijani population Eur Psychiatry. 2012 Jun;27 Suppl 2:S27-31. doi: 10.1016/S0924-9338(12)75705-X. PMID 22863247, ərəbKirkbyR. Al Saif A, el-din Mohaned G. Validation of an Arabic translation of the Zung Self-Rating Depression Scale Ann Saudi Med 2005 May-Jun;25(3):205-8http://www.ncbi.nlm.nih.gov/pubmed/16119520, ispanMartinez KG et. al. Applicability of the Spanish Translation of the Zung Self-Rating Depression Scale in a general Puerto Rican population P R Health Sci J. 2003 Jun;22(2):179-85.http://www.ncbi.nlm.nih.gov/pubmed/12866143, portuqalChagas Marcos Hortes Nisihara at. al. Validity of a Brazilian version of the Zung self-rating depression scale for screening of depression in patients with Parkinson's disease. Parkinson & related dis. 2010 16(1):42-45 http://www.prd-journal.com/article/S1353-8020(09)00198-9/abstract. və digərləri vardır.
Tətbiq etmə qaydası Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir. Cədvəlin tam doldurulması bir neçə dəqiqə çəkir. ZARS cədvəlinin 20 bəndinin hər birinə cavab verilməlidir. Alınan cavablar qiymətləndirilərək ümumi bal hesablanır.
ZDRS cədvəli üzrə balların hesablanması Zanqın özünüqiymətləndirmə depressiya cədvəlinin 1, 3, 4, 7, 8, 9, 10, 13, 15 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 1; "arabir" – 2; "tez-tez" – 3; "əksər hallarda" – 4. Cədvəlin 2, 5, 6, 11, 12, 14, 16, 17, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 4; "arabir" – 3; "tez-tez" – 2; "əksər hallarda" – 1.
ZDRS cədvəlində ümumi balın qiymətləndirilməsi 20-49 – Norma 50-59 – Yüngül dərəcəli depressiv pozuntu 60-69 – Orta ağır dərəcəli depressiv pozuntu 70-80 – Ağır dərəcəli depressiv pozuntu
Xarici keçidlər
Azərbaycan dilində depressiya testi
İstinadlar
Kateqoriya:Psixiatriya Kateqoriya:Depressiya Kateqoriya:Psixometriya