Vəsilə Alı qızı Zahidova () — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1966), SSRİ Ali Sovetinin deputatı.
Həyatı Zahidova Vəsilə 10 mart 1922-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943–1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
SSRİ Ali Sovetinin (5, 7, 9-cu çağırış) deputatı olmuşdur.
Təltifləri 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını almışdır. 2002-ci ildən Prezident təqaüdçüsüdür.
İrsi Ucar şəhəri M. Hüseynzadə küçəsi 21 saylı evdə yaşayıb. Hazırda yaşadığı küçə onun adını daşımaqdadır.
İstinadlar
Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ kənd sovetlərinin sədrləri Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları