Roman Yusifov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.
Həyatı 28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 1980–1990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata–baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər.
Döyüşlərdə iştirakı Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduqdan sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13–17 martda baş vermiş Mart hadisələri ndə xeyli günahsız insanlar həlak oldu. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda Roman da iştirak edirdi. Qəlbi daima Vətən eşqi ilə döyünən gənc Romanın arzuları ürəyində qaldı. O, dövlətçiliyimiz uğrunda ömrünün ən gözəl bir zamanında, 21 yaşında əbədiyyətə qovuşdu.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şabran rayonunun Qalagah kəndində dəfn edilib.
Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 278.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Şabranda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar