Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh. Əhalisi 95 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010. Peştəsər silsiləsinin yamacında yerləşir.
Toponimiyası Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi mövqeyi ilə bağlıdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.
Coğrafiyası Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.
Həmçinin bax Biləsər bələdiyyəsi
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri