250px|thumb|Tantal Tantal () yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı.Псевдо-Аполлодор. Мифологическая библиотека III 5, 6
Tantal haqqında miflər Zevslə Friqiya çariçası Plutonun oğluНиколай Дамасский. История, фр.10 Якоби, Lidiyalı Ksanfa görə isə Himeneyin oğludurСтефан Византийский. Этника // Комментарий Д. О. Торшилова в кн. Гигин. Мифы. СПб, 2000. С.102, 286; Николай Дамасский. История, фр.18 Якоби), onun arvadı DionaГигин. Мифы 82 və ya SteropaПервый Ватиканский мифограф III 1, 24 və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır.
İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı.Е. Г. Рабинович. Мерное бремя // Ноосфера и художественное творчество. М.: Наука, 1991, с. 139—153 Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar.Гомер. Одиссея XI 582—592
Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı.Псевдо-Аполлодор. Мифологическая библиотека Э II 1 Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu.Антонин Либерал. Метаморфозы 36, 3
Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.Сенека. Фиест 144—152
Tantal əzabları Pavsaniy yazır ki, o Sipildə, Tantal gölü yaxınlığında Tantalın qəbrini görmüşdür.Павсаний. Описание Эллады II 22, 3; V 13, 7
Homerin yazdığına görə, ölülər dünyasında Tantal aclıq və susuzluğun olmaz əzabını çəkir. Boğazınacan suda dursa da, o su içə bilmir, yaxınlığında meyvələr görsə də, yeyə bilmir: o ağzını kimi su axıb gedir, o meyvəni dərmək üçün əlini uzadan kimi meyvə olan budaq ondan uzaqlaşır. "Tantalın əzabları" ifadəsi bir məsələ çevrilmişdir və sonsuz, dözülməz əzabları bildirir.
Tantal mədəniyyətdə Tantal Frinixin "Tantal", Pratinin "Tantal", Esxilin "Nioba", Sofoklun "Tantal" faciələrinin personajıdır. Senekanın "Fiest" faciəsində Tantalın kölgəsi personajı var.
İstinadlar
Həmçinin bax Sizif
Ədəbiyyat Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.493-494. Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.356-357.
Kateqoriya:Lənətlər Kateqoriya:Odisseya personajları Kateqoriya:Qədim yunan miflərinin padşahları Kateqoriya:Zevsin uşaqları