Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi — Azərbaycan hökumətinin qərarı ilə Xalq Torpaq Komissarlığının təşəbbüskarlığı ilə yaranmışdır. İlk olaraq, "Kənd Təsərrüfatı və Sənaye İstehsalat" satış sərgisi kimi fəaliyyət göstərmişdir. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyət göstərməyə başlayıb. 1924-cü ildə fəaliyyətini muzey olaraq davam etdirmişdir. Dünyanın 5 ölkəsində Macarıstan, Bolqarıstan, Çin, Amerika və Azərbaycanda kənd təsərrüfatı muzeyləri vardır. Muzey 2014-cü ildən Yuneskonun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Muzey Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.
Muzeyin tarixi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi Qida Təhlükəsizliyi İnstitutununi binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 11.000(on bir mindən) çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII–XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.
Muzeyin ekspozisiyası Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Hazırda ekspozisiya 500 m² sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Muzeyin yerləşdiyi bina təmir olunmuş və ekspozisiya zalları dünya standartlarına uyğun səviyyədə ən müasir maketləşdirilmiş formada tərtib olunmuşdur. 200 m²-lik inzibati və iş otaqları tam təmir edilmişdir. Muzeydə 5640 foto neqativ, 260 məişət və etnoqrafiya, 37 rəsm əsəri, 35 tətbiqi incəsənət nümunələri və s. vardır. Muzeyə giriş pulludur. thumb|muzey thumb|Kəndli təsərrüfatında arabanın nəqliyyat və daşıma vasitəsi kimi əvəzsiz rolu olmuşdur. Arabaya qoşqu kimi işlədilən heyvan növlərindən asılı olaraq arabanın da müxtəlif növləri hazırlanırdı: at arabası, kəl arabası, öküz arabası, eşşək arabası. Arabanın hazırlanması xüsusi texniki hazırlığa malik ustalar tərəfindən icra edilirdi. Arabaya lazım olan hissələr хarratlar və dəmirçilər tərəfindən hazırlanır və sonra lazımi qaydada quraşdırma işi aparılırdı. Araba hissələrinin adları aşağıdakılardır: təkər, ban, pər, kəmər, çərçivə, reyka, samı, boyunduruq, qol, laydır (çəmbər), ox, top, dislə, çumaça. Araba tək at üçün hazırlandıqda ona qarşı tərəfdən at qoşmaq üçün iki qol düzəldilir. Cüt qoşqu arabaları təkqollu olub, arabanın qarşı tərəfindən orta hissəyə bərkidilir. Qol arabanın müxtəlif tərəflərə yönələ bilməsini təmin etmək məqsədilə onun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşla sözündən olub, arabanın tuşlana biləcəyi istiqaməti ifadə edir.
Həmçinin bax Bakı muzeylərinin siyahısı Azərbaycan muzeyləri
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi Muzeydə kənd həyatı Reportaj
TTV Muzeydə kənd həyatı Lider tv Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyindən reportaj Mədəniyyət tv Respublika Kənd Təsərrüfatı Muzeyindən reportaj Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən Zakir Abdullayev Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən Yunis Rzayev Muzeyin yeni nəşri Yeni nəsil və milli dəyərlər xəzinəsi Muzeyin yeni nəşri Təməl daşları Böyük işlərin bünövrəsi Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən Surxay Tağızadə Muzeyin nəşri Aqrar sahənin tarixindən Musa Məmmədov Muzeyin nəşri Aqrar sahənin tarixindən Məmməd Xəlilov Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən Məmməd Əskərov Muzeyin yeni nəşri "Azerbaijan state Agrikultural Museum" Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən Kamil Məmmədov Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən İrşad Əliyev Muzeyin yeni nəşri Aqrar sahənin tarixindən İmran Əbiıov İTV Nübarli bağ verilişi Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyində Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi ilə tanışlıq Muzeyin "Qarabağ Azərbaycandır" jurnalının xüsusi buraxılışı Азербайджанский государственный музей сельского хозяйства Azerbaijan State Agricultural Museum
Kateqoriya:Azərbaycanda kənd təsərrüfatı muzeyləri Kateqoriya:Bakı muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:1924-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1924-cü ildə yaradılmış muzeylər