Nazim Abbas oğlu Babayev ()— Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.
Həyatı Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Salyan rayonu Aydıngün (indiki S. Qurbanov adına Yeni Uluxanlı) kənd tam orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.
Döyüşlərdə iştirakı Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşmuşdur. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak etmiş və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.
Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Salyan rayonu Qaraçala Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İstinadlar
Xatirəsi Qaraçala qəsəbəsi Şəhidlər xiyabanında dəfn edilmişdir. Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 48.
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Salyan rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar