Andreas Vagenhaus () — Almaniya futbolçusu

Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu 2010-cu ildə üzə çıxıb. İsveçrənin "Tages Anzeiger" qəzetinin araşdırmasına görə, Vagenhaus 1989–1993-cü illərdə "Dinamo" (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına "işləyib". O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu "Dinamo" Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər"Fənərbaxça"nın sabiq futbolçusu casus çıxdı .

Andreas Vagenhaus 1993–1994-cü il mövsümündə "Fənərbaxça"ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib.

İstinadlar

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:DDR-Oberliqa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Şərqi Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyədə legioner futbolçular