Pyeter Yakobson (1854–1899) — eston şair, tərcüməçi. Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə tərcümə edən ilk şəxsVaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh. 13.

Pyeter Yakobson Mirzə Şəfi Vazehin poeziyasına xüsusi həvəs göstərmişdir. O, Mirzə Şəfi Vazehin beş şeirini eston dilinə tərcümə edərək, onları 1885-ci ildə çapdan buraxdığı "Şeirlər" kitabınaJakobson, Luuletused, Teine anne, Rakwers, 1885 daxil etmişdir. Həmin şeirləri eston şairi Fridrix Bodenştedtin 1875-ci ildə alman dilində çap etdirdiyi "Mirzə Şəfinin nəğmələri"… kitabındanAus dem Nachlasse Mirza Schaffys Neues Liederburch mit Prolog und coolautern dem Nachtrag von Frindrich Bodenstedt, Blrieu, 1875 götürərək tərcümə etmişdir. P. Yakobsen bu şeirləri eston dilinə tərcümə edərkən sərbəstlik göstərmiş, bəzən hətta şeirlərin ahəngini və formasını dəyişərək onları eston xalq mahnıları ruhunda səsləndirməyə cəhd göstərmişdirVaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh. 14.

Mənbə Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh. 13

İstinadlar

Kateqoriya:Eston şairlər Kateqoriya:Estoniya şairləri Kateqoriya:Rusiya imperiyası yazıçıları