Massimiliano Fuksas — İtaliyalı memar.
1944-cü ildə Romada doğulub. O, 1969-ci ildə Romada yerləşən Roma Sapienza Universitetini bitirib və burada özünün ilk ofisini açıb. Həmin universitetdə təlimatçı və araşdırmaçı kimi çalışan Fuksas çox universitetdə qonaq professor olaraq dərslər verib. 1994-1997 -ci illər arasında Berlin və Salzburgda şəhər planlama komissiyalarında məsləhətçi memar olaraq çalışıb. 1989-da Paris ofisini açıb. Peşəkar və şəxsi həyatını Paris və Roma arasında keçirən memar 1993-cü ildə Vyana ofisini qurmuşdur.
Berlinin şəhər inkişaf etdirmə və ətraf qoruma administrativ məclisi üzvlüyü və Salzburg Bələdiyyəsi idarə heyəti üzvlüyü vəzifəsində çalışmışdır. 1998-ci ilin iyulunda Buenos Aires Memarlıq Bienalində Vitruvio Internacional Trayectoria və 1999-cu ildə "Grand Prix d'Architecture Française" mükafatına layiq görülüb.
Əsas işləri Konsert Salonu, Zenith, Strazburg (2003) Alver Mərkəzi, Erlangen, Almaniya (2002) "Aquadeus" Su parkı, Salzburg, Avstriya (2002) Europark, Salzburg (2001-2003) Ferrari S.p.a.ın Yeni Mərkəz Ofisi, Maranello, İtaliya (2001-2003) Emporio Gerbinin Showroom, Kafeterya və Restaurantı üçün Yeni Anlayış Dizaynı, Hong Kong, China (2001-2002) Sahil Şeridi Tənzimləmə və İnkişaf etdirmə Proyekti, Honk Kong West, Çin (2001) Queensland Müasir Sənətlər Qalereyası, Brisbane, Avstraliya (2001) Yeni İtalyan Kosmos Mərkəzi- ASI, Roma, İtaliya (2000-2004) Alver və Əyləncə Mərkəzi, Berna, İşviçre (2000) Simon Perez və Yasser Ərafatın vəzifələndirməsiylə, Jaffada Barış Mərkəzi, (1998-2003) İqamətgah və Ofis Binası Dizaynı, Asterfleet, Hamburg (1998-2002) Liman və Şəhərçilik Tənzimləməsi, Castellammare de Stabia, İtaliya (1998) Wienerberger Firmasının Mərkəz Bürosu üçün iki göydələn dizaynı, Viana, Avstriya (1995-2001) Maximilien Perret Yüksək Məktəbi dizaynı, Paris (1994) Roissy Charles də Gaulle Aerodrom şəhərçilik planlaması, Paris (1993-2001) Nagasaki Limanı modernizasyonu, Yaponiya (1993) "Centre Ville" Universiteti, Brest, Fransa (1992-94) Clichy-sur-Seinedə sahil renovasyonu, Paris (1992) Lu Jiazui Beynəlxalq Ticarət Mərkəzi Şəhər Planlaması, Pudong, Şangay, Çin (1991)
Xarici keçidlər Fuksasın rəsmi saytı Fuksas haqqında
Kateqoriya:Romada doğulanlar Kateqoriya:İtaliya memarları Kateqoriya:İtaliya dizaynerləri