Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. Tarixi Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. Alınması Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. Fiziki xassələri Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.

Kimyəvi xassələri Neodim birləşmələrdə üçvalentlidir. Qızdırıldıqda hidrogen, karbon, azot, fosforla və halogenlərlə reaksiyaya girir: 2 Nd + N2 → 2 NdN 2Nd + 3 Y2 → 2 NdY3 Adi temperaturda xlorid, nitrat, sulfat turşuları ilə reaksiyaya daxil olur. Alınan duzlar suda həll olur. 180-2000C-dən yuxarı temperaturda havada dərhal oksidləşir. Qaynar su ilə reaksiyaya daxil olur. Hidroksidi Nd(OH)3 əsası xassəlidir, qələvilərdə həll olmur. Nd 3+ kationu qırmızı bənövşəyi rənqdədir. Tətbiqi Neodim, maqnezium və alüminium ərintiləri texnikanın müxtəlif sahələrində işlədilir. Rəngli şüşələrin hazırlanmasında (bənövşəyi neodim şüşəsi), maqnit oyuncağlarının alınmasında istifadə olunur.

Mənbə Химический энциклопедически словарь. М., « Советская энциклопедия», 1983 год, с. 372. Волков А.И, Жарский И.М. Большой химический справочник.М., 2005 год, с.184

İstinadlar Неодим на Webelements Неодим в Популярной библиотеке химических элементов Неодим — статья из химической энциклопедии

Kateqoriya:Kimyəvi elementlər Kateqoriya:Lantanoidlər Kateqoriya:Radioaktiv elementlər Kateqoriya:Kubik sinqoniya kristalları