thumb|Fincanda çay thumb|Çay kolunun budağı
Çay – Çay bitkisinin dəmlənməsi ilə əldə olunan isti içki. Çay bitkisi, bugünkü Cənub-Qərbi Çin, Tibet, Şimali Myanma və Hindistanın şimal-şərqini əhatə edən bölgədə meydana gəldi və burada müxtəlif etnik qruplar tərəfindən dərman içkisi olaraq istifadə edilməyə başlanıldı, north Burma, and northeast India, citing Mondal (2007) p. 519.
Çayın tarixi Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-də istehsalıdır.
Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
Miflər və rəvayətlər Çin mədəniyyətinə görə, çay (mədəniyyət qəhrəmanı, əkinçilik və tibbin himayəçisi, bütün sənətkarlıq və incəsənət sahələrini yaradan, Üç Böyükdən biri) Şen-nun tərəfindən kəşf edilmişdir. Rəvayətə görə, İmperator Şen-nun, dərman bitkiləri tapmaq üçün içərisində su qaynatdığı üçayaqlı qazanıyla birlikdə səyahət edirmiş. Miladdan əvvəl 2737-ci ildə çay ağacının bir neçə yarpağı qaynar su qabına düşür. Dəm həm dadlı olur və həm də gümrahlıq gətirir. O vaxtdan bəri Şen-nun başqa heç bir içki içməyir.
Sonralar yaranan başqa bir mifə görə, çayı məşhur Buddist vaiz, Çan-buddizmin banisi Bodhidharma icad etmişdir. Rəvayətə görə, eramızın 519-cu ilində Bodhidharma meditasiya edərkən yuxuya gedir. Ayılanda, qəzəblənərək kirpiklərini yolub (və ya göz qapaqlarını kəsir) yerə atır. Səhəri gün həmin yerdə çay ağacı pöhrələri böyüyür. Bodhidharma, yarpaqlardan dəmlənən çayın yuxunu qovduğunu aşkar edir.
Çində çay Çayı ilk dəfə məhz Çində əvvəl dərman vasitəsi kimi, sonra içki kimi istifadə edilmişdir.
Hələ Xan sülaləsi dövründə çay dərman kimi istifadə olunurdu. Eramızın V əsrində çay əvvəlcə imperator sarayında və monastırlarda, daha sonra qonaqevlərində və şəxsi evlərdə içki kimi istifadə olunmağa başlandı. Tan sülaləsi dövründə (VII–IX əsrlər) çayı türk xalqlarına satmağa başladılar. Birinci minilliyin ikinci yarısına qədər çay içmək qaydaları müəyyənləşdirildi, Çinlilər çayı dəmləməkdən və çaya duz qatmaqdan imtina etdilər. 778-ci ildə Lu Yuy "Çay Kanonu"-nu yazdı. O dövrdə çay, adətən briket şəklində hazırlanırdı, dəmlənməzdən əvvəl həvəngdəstə xırdalanırdı. Sun imperiyası dövründə yarpaq çayı və toz şəklində (bir az su ilə çırpılırdı) çaydan istifadə edilirdi və çay içmək isə, ən pik həddi Sun çay mərsaimi olan zərif bir əyləncəyə çevrildi. Yaponlar məhz bu üsulla çay hazırlamağı mənimsəmiş və daha sonralar öz çay mərasimlərinə daxil etmişlər.
XIII əsrdə Çində çay mədəniyyətinin yox olması, Monqol istilası ilə əlaqələndirilir. Monqol istilası, nəticəsində bir çox mədəni nailiyyətlər unudulmuşdur. Yalnız Min sülaləsi dövründə çay mədəniyyəti dirçəlmişdir, ancaq fərqli bir əsasda: Çinlilər tamamilə yarpaq çaya keçdilər. Bu əsasən isti suda dəmlədikləri yaşıl çay idi. Avropalılar həmçinində Ruslar ilk dəfə məhz bu çayla və onun hazırlanma üsulu ilə tanış oldular. Çay və çay mədəniyyətinin tanınmış bilicisi, Çinin güclü mancur imperatoru Hongli (1736–1795) idi.
XVIII—XIX əsrlərdə baş verən siyasi təlatümlər, tiryək müharibələri, daha sonra XX əsrin birinci yarısındakı müharibələr və inqilablar ümumilikdə Çin mədəniyyətinə və xüsusən çay üçün ciddi bir zərbə oldu. Bütün bu hadisələr XIX əsrin birinci yarısına qədər dünya bazarına çıxarılan çayın demək olar ki hamısını istehsal edən Çinin öz mövqeyini tamamilə itirməsinə və bəzi dövrlərdə ümumiyyətlə çay ixrac etməməsinə səbəb oldu. 1949-cu ildən sonra sosialistlərin on illik hakimiyyəti ərzində vəziyyət yaxşılaşmağa başladı, lakin Mədəni inqilab çay ənənələrini lazımsız və artıq elan etdi. Nəticədə, Çinin ənənəvi çay mədəniyyəti demək olar ki məhv oldu, nisbətən digər dövlətlərin Çin diasporalarında və Tayvanda qorunub saxlanıldı. 1970-ci illərin ortalarından etibarən Çin və Tayvanda çay ənənələri yenidən canlanır, odur ki, Çinin müasir çay mədəniyyətinin yaşı 40 ildən çox deyil və tamamilə oturuşmuş hesab edilə bilməz. Məsələn, demək olar ki, hər çay klubunda Çin çay mərasi fərqli qaydada tətbiq olunur.
Hal-hazırda Çində çox sayda sadə və ətirli çay növüləri istehlak və istehsal olunur. Çinin çay ixracatındakı payı yenidən artır. 1980-ci illərdə bir neçə faizdən dünya çay istehsalının dörddə birinə və ya daha çoxuna yüksəlib.
Çay (chai) və ti (tea) sözlərinin mənşəyi və yayılma etimologiyası Dünyanın müxtəlif dillərində çayı təmsil edən sözlərin əsasən iki fərqli tələffüzü var: çay (chai) və ti (tea). XVI əsrin müstəmləkəçilik tarixinin əvvəlində Avropaya ilk dəfə məhz Portuqaliya çay və çay içmə vərdişini gətirmişdir. O vaxt Portuqallar Çjunvan bölgəsi və Quandun əyaləti ilə ticarət edirdilər. Çay orada cha kimi tələffüz olunurdu, bu səbəbdən "çay" (chai) tələffüzü Portuqaliyalılar tərəfindən qəbul edilir və Cənubi Amerikadakı bir çox ölkə kimi digər müstəmləkələrə gətirilir. Bundan əlavə, bu təyinat ərəb ölkələri və Rusiyaya da quruyolla ticarətin inkişafı ilə daxil olmuşdur.
On altıncı əsrin sonlarında Tzin sülaləsi dövründə Çin (və Yaponiya) dəniz embarqo siyasəti tətbiq edir. Xarici ticarətə nəzarət çox sərt idi. O dövrdə Tayvan hələ Çjen Çen tərəfindən işğal edilməmişdi, İspan və Hollandiyalı müstəmləkəçilər adada yerləşdirilmişdi. Fucyen (Fujian) əyaləti Tayvana yaxın olduğundan və Fucyen özü əkinçilik üçün uyğun olmadığından əhali qaçaq çay ticarəti ilə məşğul olurdu. Çay Amoy ləhcəsində "te" kimi tələffüz edildiyi üçün Holland və İspan müstəmləkəçiləri bu tələffüzü qəbul etdilər. 16-cı və 17-ci əsrin əvvəllərində Hollandiyalılar Cənubi və Cənub-Şərqi Asiyada ticarətdə üstünlük təşkil etdikləri üçün "te" sözü İspaniya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və digər ölkələrə və onların müstəmləkələrinə yayılır.
Yetişdirilməsi və yığımı Çay hazırlamaq üçün xammal kimi, xüsusi əkin sahələrində çox miqdarda yetişdirilən çay kolunun yarpaqlarından istifadə edirlər. Bu bitkinin böyüməsi üçün, kifayət qədər rütubətli isti bir iqlim tələb olunur. Çay sahələrinin əksəriyyəti tropik və ya subtropik iqlimi olan ərazilərdəki dağ yamaclarında yerləşir. Çayın ən çox istehsal olunduğu Çin, Hindistan və Afrikada ildə dörd dəfəyə qədər çay yığımı həyata keçirilir. Ən çox ilk iki məhsulun çayları bəyənilir. Çay becərilməsinin iqtisadi cəhətdən əsaslandırıldığı ərazinin şimal sərhədi təqribən Azərbaycan, Gürcüstan və ya Rusiyanın Krasnodar ərazisinin enliyində uzanır. Çay kolu daha yüksək enliklərdə də böyüyə bilər, ancaq çay hazırlanması üçün onu becərmək faydasızdır.
Çay yarpaqları əl ilə toplanır və çeşidlənir. Əla növ çaylar üçün ya açmamış, ya təzə açan tumurcuqlar ya da ən gənc yarpaqlar istifadə olunur, daha "qaba" çaylar yetişmiş yarpaqlardan hazırlanır. Yığıcıların işi olduqca ağır və monotondur: hazır qara çay və xam yarpağın kütlə nisbəti təxminən 1/4 qədərdir, yəni 1 kiloqram çay almaq üçün 4 kiloqram yarpaq yığmaq lazımdır. Yığıcılar üçün, keyfiyyət standartlarına riayət etmək və kollardan yalnız lazımi yarpaqları götürmək şərtilə, gündə 30–35 kq yarpaq istehsal normasıdır. Yüksək keyfiyyətli çay üçün xammal əsasən kiçik sahələrdə becərilir (təxminən 0,5 hektar). Bu kiçik sahələr dağ yamaclarında səpələnmiş şəkildə yerləşdiyindən, yarpağın yığılması üçün bir əkin sahəsindən digərinə getmək lazım gəlir"Превращение в чаинку" . Müasir sənaye əkinləri ümumiyyətlə məhsul yığımının davamlılığını təmin etmək və məhsuldarlığı artırmaq üçün kifayət qədər böyükdür, bu əkin sahələrində yığılmış yarpaqlar çayın kütləvi istehsalı üçün istifadə olunur.
Əl ilə yığılması çayın becərilmə imkanlarını məhdudlaşdırır. Çayın becərilməsi yalnız kifayət qədər yüksək məhsuldarlığa malik və yığıcıların əl əməyinin kifayət qədər ucuz olduğu bölgələrdə məntiqlidir. Çay yarpaqlarının toplanmasını və çeşidlənməsini mexanikləşdirilməsi üçün bir neçə dəfə cəhdlər edilmişdir. Xüsusən, SSRİ-də, hələ 1958-ci ildə mexanikləşdirilmiş çay yığan kombayn yaradıldı, lakin mexanikləşdirilmiş yığma texnologiyası bu günəcən işlənib tamamlanmayıb. Kombaynlar tərəfindən toplanan yarpaqlar (əsasən qurumuş yarpaqlar, zibil, budaq qırıntıları düşməsi səbəbindən) çox aşağı keyfiyyətə malikdir. Odur ki, bu cür çay ya ən aşağı keyfiyyətli çay istehsalı üçün, ya da əczaçılıq sənayesində (kofein və çayda olan digər maddələrin təcrid edilməsi məqsədilə sonrakı emal üçün) istifadə olunur.
Adi ev şəraitində də çay yetişdirmək mümkündür.
Təsnifatı
Çay bitkisinin növünə görə Çin çeşidi (Thea sinensis var. sinensis): Çin (məsələn, Yunnan çayı, ulun çayı və s.), Yapon (Sença), Darcilinq, Formoza, Vyetnam, İndoneziya, Gürcü və s.
Assam çeşidi (Thea sinensis var. assamica): Hindistan (Assam, və s.), Seylon, Keniya, Uqanda və s.,
Kamboca çeşidi (yuxarıda göstərilənlərin təbii hibrididir): Hind-Çininin bəzi bölgələrində yetişdirilir.
Mənşəyinə görə
Çin Çin dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir. Bütün Çin çayı Çin çay kolu çeşidindən əldə edilir. Çin çaylarının əhəmiyyətli bir hissəsi bütövyarpaqdır. Çay yarpağını qatlamaq üçün ona müxtəlif forma və ölçü ("iynələr", "ləçəklər", "yumaqlar") verən bir çox texnologiyalar var. Bəzi elit növlər üçün yarpaqlar böyük top şəklində yığılır və çay dəmlənərkən qönçə formasında açılır. Adi ucuz Çin çayları isə qırıla və ya doğrana bilər. Bir çox ətirli çay növləri istehsal olunur. Aromatizasiya bitki hissələrinin, giləmeyvələrin, meyvələrin, sitrus qabığının birbaşa çaya əlavə edilməsi ilə, ətirli yağlar əlavə edilərək, quru çayın ətirli maddənin yanında saxlanması ilə, hətta bəzi məlumatlara görə böyümə prosesi zamanı çay kollarına ətirli maddələrin çiləməsi ilə aparılır.
Hindistan Hindistan dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir. İstehsal olunan çayın əsas hissəsi — Assam çay bitkisindən əldə edilən qara çaydır. Hindistan çayı daha güclü, daha aydın dadı, Çinin qara çayından daha zəif ətiri ilə xarakterizə olunur. Hindistan çaylarının çoxu doğranmış və ya dənəvər şəklində buraxılır. Dadı göstəricilərinin sabitliyinə nail olmaq üçün çay qarışığından geniş istifadə olunur — ticarət məqsədli çay 10–20 çay növünün qarışığıdır. Hind çayının elit növü olan — Darcilinq, Himalay dağlarının ətəklərində yüksək dağlıq əkinlərdə böyüyən bir çay bitkisinin Çin çeşidindən istehsal olunur. Becərilmə, yığılma və hazırlanma üsullarına görə o əslində Çin çayıdır. Yaşıl çay Şimali Hindistanda, Rançi, Kanqra, Dehradun, Kumaon, Qarhval bölgələrində istehsal olunur; dünya bazarında az tələb olunur və əsasən qonşu dövlətlərə ixrac edilir.
Seylon İstehsalçı — Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9–10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir. Ən keyfiyyətli çay adanın cənub hissəsindəki yüksək dağ əkinlərinin (dəniz səviyyəsindən 2000 m yüksəklikdə və daha yüksək) çayı hesab olunur. Digər əkin yerlərinin çayları orta keyfiyyətlidir. Hindistanda olduğu kimi kəsilmiş və dənəvər çaylar geniş istehsal olunur.
Yapon Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir. İstehsal edilən çayın böyük bir hissəsi ölkə daxilində istehlak olunur. Bir neçə tanınmış növ Avropa və ABŞ-yə da ixrac olunur.
Hind-Çin