Nobelium (No, ) – aktinoid qrupundan süni yolla alınmış 102 atom nömrəli kimyəvi element.

İlk dəfə olaraq elementin sintezi haqqında 1957-ci ildə Stokholmda işləyən beynəlxalq alimlər qrupu məlumat vermişdir və təklif etmişdirlər ki, yeni element isveç mühəndis kimyaçısı, ixtiraçı və sənayeçi Alfred Bernxard Nobelin (1833-1896) şərəfinə adlandırılsın. Sonradan alınan nəticələrin yanlış olduğu aydınlaşdı. İlk etibarlı məlumatlar bu element üçün SSRİ-də Q.N. Flerovun qrupu tərəfindən 1966-cı ildə alındı. Alimlər təklif etdilər ki, elementin adını dəyişsinlər və fransız fiziki Frederik Jolio-Kürinin şərəfinə joliotium (Jl) adlandırsınlar. Kompromis kimi həmçinin təklif olundu ki, elemet Georgi Nikolayeviç Flerovun (1913-1990) şərəfinə flerovium adlandırılsın. Məsələ bir neçə on il açıq qaldı, nobeliumun işarəsi mötərizədə göstərildi. Məsələn, Kimya ensiklopediyasının 1992-ci ildə çap olunmuş üçüncü tomunda nobelium haqqında məqalə var idi. Amma zaman keçdikcə məsələ “soruldu” və bu ensiklopediyanın 4-cü tomundan (0, 1995-ci ildə nəşr olunmuşdur) başlayaraq No simvolu mötərizədən azad oldu.

Bir neçə qeyri – stabil izotopa malikdir, onlardan ən uzun ömürlüsü259. Yarım parçalanma müddəti 58 dəqiqədir.

No 102 259,1009 5f147s2 Nobelium

Xarici keçidlər

WebElements.com – Nobelium (ingiliscə)

Kateqoriya:Kimyəvi elementlər Kateqoriya:Aktinoidlər Kateqoriya:Radioaktiv elementlər Kateqoriya:SSRİ-də elm və texnologiya