Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər.Herodot (Tarix) I, 127–128Ktesi (Persika)Dəməşqli Nikolayın dövrümüzə çatmış parçalarıStrabon, XV, 3.8
Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə başlayır. Tələsik edilmiş yürüş Astiaqın məğlubiyyəti ilə nəticələndi. Dönüşdə maday ordusu yenidən farslara qarşı həmlə etməyə çalışdısa da bu cəhdin də qarşısı II Kir tərəfindən alındı. Bu hadisədən sonra qürurlu madaylar farslara məğlub olmaları ilə barışmaları oldular, iki xalq arasında yaradılan qohumluq əlaqələri də bunda öz təsirini göstərdi. Tezliklə Madanın möhtəşəm paytaxt şəhəri olan Ekbatan farsların əlinə keçdi və yaradılmış fars imperiyasının çoxsaylı mərkəzlərindən birinə çevrildi.
Ərəfə Döyüş e.ə. 553-cü ilin yayında başlamış Fars qiyamından sonra olmuşdur.Nabonidin Sippar şəhərindən tapılmış təqvimi Mənbələrin yetərsizliyi səbəbiylə döyüşün dəqiq baş vermə tarixi dəqiqləşdirilməsə də onun Fars qiyamının başlamasından yarım il sonraBabil xronikalarından "Nabonidin xronikası" 1, təxminən e.ə. 552-ci ilin qışında baş verməsi güman edilir.Babil xronikalarından "Nabonidin xronikası" 2 Madayların sonuncu hökmdarı və eyni zamanda II Kirin babası olan Astiaq, nəvəsinin müxtəlif zamanlarda ona hakimiyyətdən əl çəkmək və yalnız vətənini idarə etmək haqqında olan təklifi (Kiçik Midiya adlandırılan həmin ərazi sonrakı mənbələrdə Atropatena adıyla xatırlanır) rədd etmişdi.Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993) p. 144. In 1 volume Lakin sonradan bu təklif öz əhəmiyyətini itirmişdi. II Kir böyük səhvə yol vermişdi. Fars qiyamının başlamasından sonra II Kirin bu qiyamda oynadığı rol haqqında həqiqəti söyləməsiylə Astiaq onu həbs etmiş, lakin fars xidmətçisi Oebaresin xahişindən sonra onu azad edərək Persiaya getməsinə icazə vermişdir.Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993) p. 145–146. In 1 volume Herodot isə qeyd edir ki, Kir yenicə tanınmağa başladığı vaxtlarda valideynlərinin yanına getdiyi vaxt, Midiya sərkərdəsi Harpaq hökmdar Astiaqa xəbər verir ki, Kir gizlincə qiyam hazırlığı görür və atası da bu işdə ona kömək edir.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 349. London, Richard Bentley * Son (1881) p. 349–351 Dəməşqli Nikolay isə bu haqqda qeyd edir ki, I Kambiz xeyli qoşun toplamışdı və Kirin qoşunları ilə birləşən bu qoşun çox asanlıqla maday ordusunu məğlub etmişdir.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881) p. 349–351 Bu məlumatı həmçinin o da təsdiq edir ki, döyüş Fars qiyamının başlamasından bir neçə gün deyil, bir neçə ayın keçməsindən sonra baş vermişdi.Chisholm, Hugh, The Encyclopædia Britannica: A Dictionary of Arts, Sciences, Literature and General Information, Cambridge, England; New York: At the University Press, (1910) p.206 Astiaq isə Kirə valideynlərinin yanına dönməyə icazə verərkən belə güman edirdi ki, Persianı yenidən qədim dünyanın ən güclü dövlətlərindən birinin vilayətinə çevirməklə tarixdə iz qoyacaq.Laymon, Charles M., The Interpreter's One Volume Commentary on the Bible: Introduction and Commentary, Abingdon Press, (1971) p.440. In 1 volume
Döyüş Fars qiyamı başlayarkən II Kir Ekbatanda idi.Chisholm, Hugh, The Encyclopædia Britannica: A Dictionary of Arts, Sciences, Literature and General Information, Cambridge, England; New York: At the University Press, (1910) p.207 Dəməşqli Nikolay qeyd edir ki, Kirə getməyə cazə verildikdə, o Astiaqdan qaçmağa başlayır, çünki, o bilirdi ki, Oebares onun azadlığa çıxması üçün çox çalışıb və əgər Astiaq həqiqəti öyrənərək Kirin qiyamın yaranmasında mühüm rol oynadığını və atasına dəstək verdiyini bilsə, babsı Astiaqın qəzəbindən qurtula bilməyəcək.Herodotus, Godley A. D., Herodotus, A D Godley. I, 126. London, W. Heinemann; New York, G. P. Putnam's Sons, (1921–24) p. 144. In 481 editions Həmçinin Kir öyrənmişdi ki, hələ yeni doğulduğu vaxt Astiaq onun öldürülməsini tələb etmiş, buna lakin nail ola bilməmişdi. Zaman keçdikcə Kirin bir çox xasiyyətinin ona bənzədiyini görən Astiaqın nəvəsinə hörməti də çoxalmışdı.Herodotus, Godley A. D., Herodotus, A D Godley. I, 124. London, W. Heinemann; New York, G. P. Putnam's Sons, (1921–24) p. 141. In 481 editions Bu arada Astiaq Kirə vətəninə – Persiaya dönməyə icazə verməyin onunçün təhlükəsiz olmasına da əmin deyildi.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 369. London, Richard Bentley * Son (1881) p. 370 Lakin o bu qərarı verə bilir və verilən bu qərar nəhəng bir dövlətin varlığının sona yetməsinə səbəb oldu.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 370. London, Richard Bentley * Son (1881) p. 371 Astiaq Harpaq tərəfindən Kirin tamamilə təhlükəsiz olması barəsində əmin edilmişdi. Lakin Fars qiyamınin başlaması haqqında saraya xəbər çatdıqda və təhlükənin ilk işartıları göründükdə Kir artıq Ekbatandan çox uzaqlarda idi və Astiaqı aldatmağın çox asan başa gəldiyini düşünürdü.Herodotus, Godley A. D., Herodotus, A D Godley. I, 125. London, W. Heinemann; New York, G. P. Putnam's Sons, (1921–24) p. 144. In 481 editions Bu isə ona öz müstəqil dövlətini qurmaq imkanı verirdi.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 349. London, Richard Bentley * Son (1881) p. 348–349 " Kir Astiaqın yanında olanda Oebares ona yaxşı məsləhətlər verirdi. Kir onun Persiaya yollanmaq haqqında olan məsləhətinə də qulaq asır. Hazırlıq işləri başlanır və hər şey hazır olduqda Oebares sadiq xidmətçi kimi Astiaqa müraciət edərək Kirin təhlükəsiz olduğunu söyləyir və Persiaya getməsi üçün icazə istəyir. Lakin Astiaq icazə vermir. Kir özünün ən təsirli vasitəsinə əl ataraq gözləmə mövqeyi tutur və müfafiq vaxt gəldikdə Persiaya səfər üçün icazə alınır. Bir gün hökmdarın ən yaxşı təlxəklərlə bir yerdə əyləndiyi və şərabın təsirindən meyxoş olduğu vaxt Kir icazə kağızını imzalamaq üçün ona təqdim edir. Kağızda deyilirdi: "Burda çalışıb, hökmdara xidmət etmək çox məmnunedici olsa da, Kir xəstə atasına baş çəkmək üçün icazə istəyir və maaşlı icazə müddəti verilməsini xahiş edir." Hökmdar Kiri yanına çağırır, onun üzünə baxaraq gülümsəyir və icazə kağızını imzalayaraq, beş-altı ay dincəldikdən sonra geri dönməsini söyləyir. Kir minnətdarlığını bildirir və hökmdar Kirin olmadığı dövrdə onun vəzifəsinə Tiridatı təyin edir və Kir Persiaya yola düşür"
Daha sonra Astiaq madayların ən yaxşı müğənnisini dəvət edir. Son mahnıda müğənnini maqlardan olan Anqar müşayiət edir və ifa edilən mahnı Astiaqda dərin narahaqlıq hissi oyadır. Vəhşi, yırtıcı canavar, İstənilən qabandan daha yırtıcıdır, İcazə verdin getdi, İşıqlı ölkəyə yola düşdü və bütün bu vilayətləri Bir ovuc adam ilə Böyük ordudan qorumalısan.Athenaeus – Deipnosophistae, 1.14 (633e) 6:419 (Quotes) "O, bunu, bir dəfə Astiaqın yanına gedərək ona, Kirin əvvəllər yuxularında gördüyü arzusunun gerçəkləşdirilməsinə hazırlıqların necə getməsini öyrənmək üçün Persiaya yola düşdüyünü söyləmiş öz əri ilə əlaqələndirirdi. Hökmdar isə bu arada dərin narahatlıq içində idi və babillilər ona məsləhət gördülər ki, kir dönən kimi, onu həbs etdirib öldürtsün."
Astiaq hər vəchlə Kiri geri gətirməyə çalışırdı, lakin buna nail ola bilmir. "Astiaq bu mahnıda deyilən sözlərin ona və Kirə aid olduğunu qət etdi və o, 300 atlını Kirin ardınca göndərdi; əgər təslim olmasa, onlara Kirin başını gətirməyi tapşırdı. Atlılar Kirin yanına çatdıqda Kir Astiaqın sərkərdəsinə "Əgər hökmdarım məni tələb edirsə niyə də onun yanına getməməliyəm? Bu gün burda ziyafətdi, sabah isə biz yola düşməyə hazırlaşarıq. " – deyə cavab verdi. Farsların bu manerasından sonra Kir çoxlu oküz və digər heyvanlar kəsdirərək ziyafət düzəltdirdi və Astiaqın ordusu bu ziyafətdə sərxoş oldu. Eyni zamanda Kir atasına məktub yazaraq madayların yolu üstündə yerləşən Hirbə şəhərinə guya hökmdarın əmri imiş kimi 1000 süvari və 5000 piyada göndərməyi, digər farsları da mümkün qədər tez silahlandıraraq həmin istiqamətə yollamağı söylədi. Beləcə o, əsl məqsədini gizlədə bilər və maday ordusunu hazırlıqsız yaxalayardı. Gecə Kir və Oebares atlarını götürərək Hirbə şəhərinə çapdılar və tezklilə yerli əhalini də silahlandırdılar. Səhər Astiaqın döyüşçüləri yuxudan oyandıqda gördülər ki, Kir onları izləyərək Hirbəyə gəlib və özü ilə döyüşə hazır böyük bir ordu da gətirib. Kir burda maday atlılarının 250 – ni qətlə yetirdi. Qalan 50 atlıya isə baş verənləri Astiaqa çatdırmağı tapşırdı."
Kambiz oğlu ilə görüşənə kimi 350.000 döyüşçü toplaya bilmişdi.Herodotus, The History of Herodotus, tr. G. C. Macaulay, S.l.: Kessinger Publications, (1890), 200-? p. 54. In 479 editions Astiaq isə nəhəng Maday dövlətinin hər tərəfində döyüşə bilən bütün əjalini silahlandıraraq 1.205.000 döyüşçü toplamışdı.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 349. London, Richard Bentley * Son (1881) p. 349–352 Bəzi tarixçilər bu rəqəmi fantastik saysalar da, əksəri bunun həqiqət ola biləcəyini düşünür.Laymon, Charles M., The Interpreter's One Volume Commentary on the Bible: Introduction and Commentary, Abingdon Press, (1971) p.443. In 1 volume Lakin qarşı tərəfin də döyüşçüləri nəzərə alındıqda Hirbə şəhəri yaxınlığında bu qədər insanı tutacaq yerin olmadığı aydınlaşır.Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881) p. 349–352 Astiaq başa düşür ki, Kiri lazımınca qiymətləndirməyib və sadəcə qiyamı yatırmaqla məsələ yekunlaşmayacaq, ona görə də böyük bir yürüşə ehtyac var və Astiaqın Persiaya olan yürüşü başladı.Clare, Smith, Israel, The unrivaled history of the world, containing a full and complete record of the human race from the earliest historical period to the present time, embracing a general survey of the progress of mankind in national and social life, civil government, religion, literature, science and art… Chicago, The Werner Company, (1893) p.244. In 4 editions
Tarixi dəyərləndirmə Hirbə döyüşü uzun zamandır bir çox döyüşlər keçirmiş madayların məğlub olduğu ilk döyüş idi.Yustinian (Filippin və Pompey Troqun Tarixinin şərhi ) I, 6 Kirin rəhbərliyi ilə farsların ilk dəfə qazandıqları bu qələbə Maday hökmdarı Astiaq üçün çox pis nəticələr doğurmuşdu.Athenaeus – Deipnosophistae, 1.14 (633e) 6:419 Fars əhalinin üstünlük təşkil etdiyi şimal satraplarının əksəriyyəti qiyam qaldıraraq Persiaya birləşir.Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993) p. 146–147. In 1 volume XIX əsrin əvvəllərində bu döyüş tamamilə unudulmaq üzrə idi.Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993) p. 149.5. In 1 volume Döyüş haqqında mənbələrdə az məlumatın qorunması, buna səbəb olmuşdur.Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993) p. 150. In 1 volume Müasir tarixşünaslıqda isə döyüşə kifayət qədər diqqət ayrılmış və qədim dünyanın taleyini dəyişən bu döyüş ətraflı təhlil və tədqiq edilmişdir.Bütün istinadların siyahısı
İstinadlar
Qaynaqlar Nabonidin Sippardan tapılmış təqvimi Fischer, W. B., Ilya Gershevitch, and Ehsan Yarshster, The Cambridge History of Iran, Cambridge University Press (1993). In 1 volume. ISBN 0521200911