() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbii halda Qərbi Avropada meşələrdə bitir.
Botaniki təsviri Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Ekologiyası İsti yay günlərində tor gənəsi və yastıca ilə yoluxur, nəmişliyin çoxluğundan yarpaqlarda qara xallar əmələ gəlir. pH təxminən 6 nisbətdə olmalıdır; işıqlı yerdə əkmək lazımdır, ancaq düz düşən günəş şüalarından qorunmalıdır. Qışda 10°C temperatura davam gətirir.
Azərbaycanda yayılması Abşeronda, Alazanda, Murovdağda, Ağrıçayda, Cənub zonasında, Gəncədə, Zaqatalada, Naxçıvanda aşağı yaruslarda bitir.
İstifadəsi Abşeronda yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında istifadə olunur. Aşağıdakı sortları məlumdur: Qrin Ripl (Green Ripple') zoğlarının uzunluğu 5 m-ə qədər olan yaşıl sortdur. Kanar sarmaşığı (Hedera canariensis) iri, uzunluğu 20 sm-ə qədər olan, tünd-qırmızı saplaqlı yavaş böyüyən növdür. Qlöar de Marenqo (Gloire de Marengo) tünd yaşıl yarpaqlarında ağ xalı olan, çox yayılmış sortdur. Qoldxeld (Goldchild) yaşıl yarpaqları sarı haşiyəlidir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri