() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır.

Azərbaycanda yayılması Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir.

Botaniki xarakteristikası Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur. Cavan zoğları qırmızımtıl rəngdədir. Yarpaqları uzunsov ellipsşəkillidir, ucu sivri, kənarları mişardişlidir. Üst tərəfi tünd, alt tərəfi isə bozumtul-göy rəngdədir, tez tökülür. Çiçəkləri salxımşəkillidir. Ləçəkləri ağdır. Meyvələri qara rənglidir. Toxumu yumurtaşəkilli, üzərində parıldayan nöqtələr vardır. Aprel ayında çiçək açır, iyun iyul ayında meyvəsi yetişir.

Statusu Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1.

Bitdiyi yer Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı Azərbaycanda dar bir arealı vardır.

Çoxalması Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.

Zəruri qoruma tədbirləri Yeni yasaqlıqların yaradılması zəruridir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meşəgilası Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Qazaxıstan florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Albalı Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları