Beren Saat () — Türkiyə aktrisası.

Bioqrafiya Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub. Nəhayət, 2019-2021-ci illərdə Netflix-də yayımlanan "Atiye" serialında və 2023-cü ildə Netflix-də yayımlanan "İstanbul İçin Son Çağrı" filmində rol aldı. İngilis və ispan dillərini bilir, vokal ilə maraqlanır. Ona "Türkiyənin alnazı" da deyirlər.

Filmoqrafiya Aşkımızda Ölüm Var (2004) - Nermin Aşka Sürgün (2005) - Zilan Şahvar Azizoğlu Hatırla Sevgili (2006) - Yasemin Ünsal Avrupa Yakası (2007) 121. bölüm - Özü/Yasemin Ünsal Güz Sancısı (film, 2008) - Elena Aşk-ı Memnu (2008) - Bihtər Yöreoğlu Ziyagil Gecenin Kanatları (film, 2009) - Gecə Fatmagül'ün Suçu Ne? (2010) - Fatmagül Ketenci Oyuncak Hikayesi 3 (animasiya, 2010) - Barbie (dublyaj) İntiqam (2013) - Yağmur Özden/Derin Çelik Mənim Dünyam (film, 2013) - Ela Bayındır Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015) - Mahpeyker Kösəm Sultan Atiye (internet serialı, 2019-2021) - Atiye Özgürsoy Night on Earth (sənədli film, 2020) - Özü, (Təqdimatçı-Səsləndirici) İstanbul İçin Son Çağrı (2023) - Serin YIlmaz

Xarici keçidlər Beren Saat

Beren Saat Facebook səhifəsi Beren Saat Twitter səhifəsi

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyə film aktrisaları