Manna (), Minni () və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 144 Paytaxtı İzirtuIzırtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.S. Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 56 Manna dövləti e.ə. 615–613-cü illər arasında Midiyaya birləşdirilmişdir.

Etimologiyası Mannanın adı və ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cü ildə III Salmanasar kitabəsində çəkilir.S. Qaşqay – Manna dovləti, Bakı, 1993, səh 65 Adətən assurlar Mannanı "Manneylər ölkəsi", Mannaş,ARAB, I, 637, 739 urartulular isə Manna ölkəsi adlandırırdılar.UKN № 28

S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiyanı tayfalardan birinə məxsus olmuş,Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 57 sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad bütün dövlətə şamil edilmişdir.S. Qaşqay – Manna dovləti, Bakı, 1993, səh 67

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdılar, lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından heç nə bəhs edilmir. Mümkündür ki, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər.

E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: "Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım".ARAB, I, 587

Tarixi coğrafiyası

S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı, lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir.ARAB, 1,457 Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-AdadARAB, I, 718, II AdadnerariARAB, I, 518, 739 yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi.AVİU № 49 Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.Q. A. Melikişvili, səh. 58–59

Urmiya gölü hövzəsində Allabriya çarlığının böyük əhəmiyyəti vardı. Allabriyanın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabriyanın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabriya cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır.G. G. Cameron. Annals of Salmaneser III, səh. 24 Assuriya Allabriyanı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı.AVİU № 46, (52). Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabriya hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər.AVİU № 49, səh. 322 Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.AVİU № 50, (17)

Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi.AVİU, № 43, qeyd 27 Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823–810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, "şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı… 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı…".ARAB, I, 719 III Adadnerarinin (e. ə. 805–782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər "Gizilbundanı ta hüdudlarınadək" istina etdiyiARAB, I, 733 haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları "öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan" adamlar adlandırır. Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir.И. Алиев. История Мидии, səh. 40И. М. Дьяконов. История Мидии. Səh 88, 205Е. A. Грантовский. Сагартии и XIV округ государства Ахеменидов по списку Геродота, КСИНА, 1962 O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər.Heredot, I, 125 Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100–200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.AVİU N49, səh. 326

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir.ARAB, I, 588 III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir.ARAB, I, 739 Bu dəniz Xəzər dənizi hesab olunur.Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 75, sn. 2И. М. Дьяконов. История Мидии, səh. 165E. Herzfeld. The Persian Empire, səh. 60 və 196 Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar.AVİU № 46, (75), № 49, səh. 325 Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı, lakin o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu.AVİU, № 49, səh. 326 II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (TəbrizИ. М. Дьяконов. История Мидии, стр. 216И. Алиев. История Мидии, стр. 113A. Fazili. Təbriz şəhərinin qədim tarixindən, "Azərbaycan", № 20, 1970Е. А. Грантовский. Ранняя история иранских племен Передней Азии, стр. 280) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

Əhalisi

right|200px|thumb|Manna hökmdarının situla üzərində təsviriProf. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998, səh 357, Los Anceles Dairəsi İncəsənət Muzeyi Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı.И. Алиев. О первых племенных союзах на территории Азербайджана. Баку, 1959, səh. 3 İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir.И. Алиев. История Мидии. səh. 67 İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, "hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın" ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir.И. М. Дьяконов. История Мидии,, səh .110 Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir.И. М. Дьяконов. С. А. Старостин. Хуррито-урартскте и восточно-кавказские языки. Древний Восток. Этнокультурные связи. XXX, M., 1988, səh. 166 Q. A. Melikişvili kuti dilini "zaqroş-elam" qrupuna aid edir.Г. А. Меликишвили. Наири-Урарту. Səh. 120 Akad. M. İsmayılov,M. İsmayılov – Azərbaycan xalqının yaranması, Bakı, 1989, səh 27 Prof. Q. Qeybullayev,Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 264 Prof. F. CəlilovF. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006 və başqaları kutiləri türkdilli hesab edirlər.