Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biri. Üçdən sonra, beşdən əvvəl gəlir. Mürəkkəb ədəddir. Belə ki, 1, 2 və 4 ədədlərinə qalıqsız bölünür.

Mədəniyyətlərdə yeri

İslamda

Haram aylar - Tövbə surəsinin 36-cı ayəsinə görə, 12 aydan 4-ü (Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb) haram aylardır və bu aylarda müharibə etmək, qan tökmək qadağandırhttps://www.qafqazislam.com - əl-Tovbə (Tövbə) surəsi. İstifadə tarixi: 18 dekabr 2025.. Dörd qadın icazəsi - Quranın 4-cü surəsi olan Nisa surəsinin 3-cü ayəsində müsəlman kişilərin ədalətli davranmaq şərti ilə ən çox dörd qadınla evlənə biləcəyinə dair hökm yer alırhttps://www.qafqazislam.com - ən-Nisa (Qadınlar) surəsi. İstifadə tarixi: 18 dekabr 2025.. Zinaya dörd şahid - Nur surəsinin 4-cü ayəsində zina aktının təsdiqlənməsi üçün 4 şahidin tələb olunması hökmü var və 4 şahid gətirə bilməyənlərə 80 çubuq cəzası nəzərdə tutulurhttps://www.qafqazislam.com - ən-Nur (Nur) surəsi. İstifadə tarixi: 19 dekabr 2025.. İslam ənənəsində dörd böyük mələyin (Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl) olması qəbul olunur.

Çin mədəniyyətində Çin dilində 4 rəqəminin səslənişi (四, sì) "ölüm" sözünün səslənişi (死, sǐ) ilə oxşar olduğuna görə uğursuz hesab olunur. Buna görə də bəzi ünvanlarda, telefon nömrələrində, binaların mərtəbələrində (liftlərdə) və başqa yerlərdə 4 rəqəmindən istifadə etməkdən çəkinirlər. Bu inanc Qərb mədəniyyətindəki 13 rəqəmə qarşı qorxu və ya narahatlıq ilə bənzərdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ədədlər Kateqoriya:Rəqəmlər