() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İyul-avqust ayında çiçəkləyir və toxumlayır. Əsasən meşə tarlalarında rast gəlinir.

Azərbaycanda yayılması Lənkəranın dağlıq hissəsində (Hirkan Milli Parkının ərazisində və onun ətrafında) yayılmışdır.

Sayı və tendensiyası Populyasiyası azalır, yaşama ərazisi məhdudlaşır və azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Populyasıyasının azalmasının bir neçə səbəbi var. Əsas faktorlar arasında tənzimlənməyən otarılma önəmli yer tutur. Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan florası Kateqoriya:Ot bitkiləri