() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır. İyun ayında çiçəkləyir, avqust ayında çeyvə verir. Meyvələri qırmızı, çəhrayı və ya sarı rəngdədir, kürəşəkillidir, yetişdikdə oval formalıdır, lətlidir. Toxumları qonur rəngli, uzunsov-ovalşəkilli, 4-5 mm uzunluqdadır. Quraqlığa və istiyə davamlı, torpağa çox tələbkar olmayan və işıqsevən koldur. Vegetativ orqanlarında alkaloid və efedrin vardır. Var.chrysocarpa C.A.M. – Var.erythrocarpa formasından da istifadə edilir. 1972-ci ildən Abşeronda, Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Asanlıqla çoxaldılır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası