() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır.
Botaniki xarakteristikası Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır. Hər il mayın axırlarında - iyunun əvvəllərində çıçəkləyir. Meyvəsi payızda yetişir, ikiyuvalı qutucuq olmaqla uzunluğu 1,5 sm, quru, bir neçə uzunsov və dərili-qanadlı, yuvalarla açılan toxumları vardır.
Ekologiyası Dağ meşələrində, boş yamaclarda bitir. Şaxtaya davamlıdır. Rütubətli, gilli torpaqlarda normal böyüyüb inkişaf edir.
Azərbaycanda yayılması Azərbaycanın müxtəlif bölgələrində yaşıllıqlarda yayılmışdır.
İstifadəsi Yuyulmaya məruz qalan yamaclarda dekorativ, torpaqqoruyucu bitki kimi istifadə edilir. Bitki zəhərlidir. Çiçəklərində efir yağı və sirinqin qlükozidi vardır. Çiçəklərindən hazırlanan məlhəmdən tər, malyariya, böyrək xəstəlikləri və vərəmin müalicəsində istifadə edilir. Dekorativ bağçılıqda geniş istifadə edilə bilər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları