() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə, kolluqlarda, səhralarda yaşıllıq və su olan yerdə, bəzən otlu yamaclarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Dekorativ bitkidir. Qədimdə çiçək və kökü öskürəyə qarşı dərman kimi istifadə olunurdu. Bənövşə yağından parfumeriyada istifadə olunur. Balverən bitkidir.

Təbabətdə istifadə qaydaları Ətirli bənövşə yarpaqlarının şərbətindən kəskin öskürəkdə, ağciyər xəstəliklərində, ləçək və yarpaqlarından arpa unu ilə yaxşı hazırlayıb şişləri əritmək üçün, yağından ekzemaya, yarasağaldıcı kimi, çiçəklərindən çay kimi dəmləyərək boğaz ağrılarına və bronxitə qarşı istifadə edilir. 10 qram quru xammalın üzərinə 400 ml qaynar su tökərək ağzı qapalı halda 2 saat saxladıqdan sonra süzüb, gün ərzində (4 dəfəyə) içmək lazımdır. Yaxud ətirli bənövşə bişirilir: bunun üçün 10 qram quru xammalın üzərinə 200 ml qaynar su töküb, ağzı qapalı halada 15 dəqiqə su hamamında saxladıqdan sonra 40-45 dəqiqə otaq temperaturunda soyudub süzmək və seliyin ayrılması üçün qalığı sıxmaq lazımdır, alınmış çıxarış gündə 3-4 dəfə, yeməkdən sonra isti halda, hər dəfə bir xörək qaşığı qəbul edilir. Ətirli bənövşə və çöl bənövşəsi bəlğəmgətirici yığıntıların tərkibində də istifadə edilir. Çöl bənövşəsinin otundan öskürəyə qarşı istifadə edilir. Dəmləməsi bronxial vəzilərin sekresiyasını artırır, sinə yumuşaldıcı təsir göstərir. Çöl bənövşəsinin otundan hazırlanmış çay sarılıq xəstəliyində, revmatizm və podaqrada işlənir. Köklərinin və otunun dəmlənməsi çay kimi xalq təbabətində ishala və dizenteriyaya qarşı istifadə edilir. Bundan əlavə köklərindən, yarpaq və çiçəklərindən çay kimi dəmləyib öd yolları xəstəliklərində, qıcolma, bronxial astma və əsəb xəstəliklərində işlədilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Mərakeş florası Kateqoriya:Əlcəzair florası