Amaliya Əliş qızı Pənahova () — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi.
Həyatı Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.
1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışmışdırlar.
Amaliya Pənahova prezident təqaüdçüsü olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Ölümü Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat etmişdir.
Ailəsi thumb|180px|Amaliya Pənahovanın Ümumşəhər qəbiristanlığındakı məzarı Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.
Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Xatirəsi Amaliya Pənahova 80 illik yubileyi Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur.
Təltif və mükafatları Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968 Azərbaycan SSR Dövlət mükafatı — 1972Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı — anl.az saytı "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 28 dekabr 1985 "Şöhrət" ordeni — 8 iyul 1995A.Ə.Pənahovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1995-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin mükafatı — 26 iyul 2002 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf" ordeni — 25 iyun 2013 "Sənətşünaslıq elmləri doktoru" elmi dərəcəsi — 2013 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 17 iyun 2015 Avropanın əməkdar elm və mədəniyyət xadimi
Filmoqrafiya Filmin adı İl Aktrisa Film səsləndirən Rejissor İştirak edən Filmin növü Əhməd haradadır? 1963MəsməTammetrajlı bədii film Cazibə qüvvəsi 1964idmançıTammetrajlı bədii film İstintaq davam edir 1966Tatyana Ostapenko (Lyudmila Şlyaxtur)Tammetrajlı bədii film Sən niyə susursan? 1966uşaqlı qadınTammetrajlı bədii film Qanun naminə 1968Balış (K. Sədiyeva)Tammetrajlı bədii film Bizim Cəbiş müəllim 1969Tanya (Svetlana Morşinina)Tammetrajlı bədii film O qızı tapın 1970Xalidə (Səfurə İbrahimova)Tammetrajlı bədii film Ən vacib müsahibə 1971zoopark müdiriTammetrajlı bədii film Gün keçdi 1971Əsmər (Leyla Şıxlinskaya)Tammetrajlı bədii film Həyat bizi sınayır 1972MünəvvərTammetrajlı bədii film Xatirələr sahili 1972XalidəTammetrajlı bədii film Var olun, qızlar… 1972Sona (Yelena Çuxray)Tammetrajlı bədii film Bizim küçənin oğlanları 1973Elmira (Sədaqət Dadaşova)Tammetrajlı bədii film Cırtdanın yeni sərgüzəşti 1973Simurq quşuQısametrajlı cizgi filmi Səmt küləyi 1973XədicəTammetrajlı bədii film Şahzadə-qara qızıl 1974Qısametrajlı cizgi filmi Dədə Qorqud 1975Selcan (İnarə Quliyeva)Tammetrajlı bədii film Alma almaya bənzər 1975Aişə (İnarə Quliyeva)Tammetrajlı bədii film Mezozoy əhvalatı 1976NərminəTammetrajlı bədii film Ürək… Ürək… 1976Lalə (Almaz Əsgərova)Tammetrajlı bədii film Qərib cinlər diyarında 1977ZərriTammetrajlı bədii film Arxadan vurulan zərbə 1977ZibaTammetrajlı bədii film Bir ailəlik bağ evi 1978Eldarın bacısıTammetrajlı bədii film Fənd 1978Müdirə (İnarə Quliyeva)Qısametrajlı bədii "Mozalan" süjeti Babək 1979ZərnisəTammetrajlı bədii film Qəribə adam 1979FəridəTammetrajlı bədii film Mən mahnı qoşuram 1979Sonanın anasıTammetrajlı bədii film Gözlə məni 1980FəxrəndəTammetrajlı bədii film Qızıl uçurum 1980Ağbəniz (Yelena Qabets)Tammetrajlı bədii film Ömrün yolları 1982MəryəmTammetrajlı televiziya tamaşası Salam, Zeynəb! 1982Qısametrajlı sənədli-bədii televiziya film-konserti Musiqi müəllimi 1983riyaziyyat müəlliməsiTammetrajlı bədii film Topal Teymur 1983OlqaTammetrajlı televiziya tamaşası Qapalı orbit 1984MarqretTammetrajlı televiziya tamaşası Mənim günahım 1985NurcahanTammetrajlı televiziya film-tamaşası Təkan 1987Televiziya tamaşası Bircəciyim 1986ZabitəTammetrajlı bədii film Lətifə 1989Xəlilova (Xuraman Hacıyeva)Tammetrajlı bədii film Sənsiz 1989Tammetrajlı televiziya film-tamaşası Mənim ağ şəhərim 1993Muradovun arvadıTammetrajlı bədii film Min birinci söz 1997Qısametrajlı sənədli-bədii televiziya filmi Sən həmişə bizimləsən 1998Qısametrajlı sənədli film Tikdim ki, izim qala. III film 1998Tammetrajlı sənədli televiziya filmi Bizim qəribə taleyimiz 2005Qısametrajlı sənədli-bədii televiziya filmi Nəfəs 2007AğabəyimQısametrajlı bədii film Ənvər Həsənov. Yeddi oğuldan biri 2007Televiziya verilişi Acılar bitməz 2009MəlahətTammetrajlı bədii film Cavad xan 2009knyaginya DaryaTammetrajlı bədii film Yasmin 2013AynurTeleserial
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53. Abdullayeva, S. Amaliya Pənahova üçün yubiley gecəsi: [Heydər Əliyev Sarayında] //525-ci qəzet.- 2015.- 7 iyul.- S.6; Mədəniyyət.- 2015.- 3 iyul.- S. 2. Nizamiqızı, H. "Amaliya Pənahovanın sevgi etirafı"ndan məqamlar [Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən 70 illik yibiley gecəsi haqqında] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.8. Nizamiqızı, H. İllərə qalib qadın: [Xalq artisti Amaliya Pənahova haqqında] //Mədəniyyət.- 2015.- 1 iyul.- səh. 11.
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakı Bələdiyyə Teatrı şəxsləri Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Ümumşəhər qəbiristanlığında dəfn olunanlar Kateqoriya:"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri