Yuxu — Rejissor Fikrət Əliyevin filmi.

Məzmun Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Belə ki, filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan,nə də hədələrdən qorxur. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və nəticədə istədiyinə nail olur.

Film haqqında Film quruluşçu operator Valeri Kərimovun kinoda son işidir. Filmin çəkilişlərinə Buzovna qəsəbəsi sakinləri köməklik göstərmişdir. Bəzi çəkilişlər Neftçala rayonunun Qoltuq kəndində çəkilib Filmdə Hidayət dayını canlandıran aktyor Gündüz Abbasovun kinoda son işidir Film 1993-cü ildə çəkilmişdir, çəkilişi 1994-cü ildə başa çatmışdır. Lakin filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Qasım Səfəroğlu, Fikrət Əliyev Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Adil Azay, Əziz Məmmədov Bəstəkar: Azər Dadaşov Rejissor: Qasım Səfəroğlu Operator: Vaqif Muradov, Eldar Ağayev Səs operatoru: Kamal Seyidov Montaj edən: Rəfiqə İbrahimova Redaktor: Ruqiyyə Eldarova Qrim rəssamı: Berta Roqova Rejissor assistenti: Elçin Süleymanov, İradə Quliyeva, Arif Həbibi Operator assistenti: Fuad Cabbarov (Fuad Cabbarlı kimi) Dekor üzrə rəssam assistenti : Elyaz Səfərov Geyim üzrə rəssam assistenti: Şahin Həsənli Montaj üzrə assistent: Xalidə Cəfərova Foto rəssamı: Tofiq Kərimov Geyim ustası: Gülxar Sadıqova Əlbəsə ustası: Gülxar Sadıqova İşıq ustası: Adil Dadaşov İşıqçı: Məhəmməd Hacıyev Səs texniki: Nadir Mikayılov Direktor müavini: Tofiq Musayev, Tərlan Babayev İnzibatçı: Əbdülnəsir Kutiyev (Əbdül Kutiyev kimi), İlqar Əliyev Sürücü: Oqtay Əliyev, Muxtar Əzizbəyov Çalır: Rafiq Babayevin İnstrumental Ansamblı Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi Mahnının mətni: Qasım Səfəroğlu Mahnı ifa edən: Azər Zeynalov Filmin direktoru: Heydər Dadaşov Prodüser: Fikrət Əliyev

Rollarda Nəsibə Zeynalova — Məsmə Səyavuş Aslan — Fərəcov Yaşar Nuri — Xəlil Zərnigar Ağakişiyeva — Xurşud Qorxmaz Əlili — qəsəbə sakini İlham Qasımov — Əliabbas Ayan Mirqasımova — Bahar Nuriyyə Əhmədova — Səriyyə Gündüz Abbasov — Hidayət Bəxtiyar Məmmədov — Bədəl Bəhram Bağırzadə — Akif (Bəhram Bağırov kimi) Kübra Dadaşova — Gülgəz Xanım Qafarova — Nazlı Aqil Ağacanov — Mənsurov V. Əliyeva Tural Əliyev Ülvi Əliyev Məmmədkamal Kazımov — qəsəbə sakini Şamil Süleymanov — satıcı Nəsibə Eldarova Lətifə Əliyeva — satıcı Esmira Əliyeva Xədicə Xeyrullayeva S. Qulamova Azad Dadaşov Ruqiyyə Eldarova Nəsibə Novruzova — maşındakı qız N-n. Novruzova Suğra Bağırzadə — maşındakı qadın A. Bağırov T. Musayev O. Ağayev Elnur Mehdiyev Z. Abdullayeva Arif Kərimov — qəsəbə sakini T. Quliyev N. Cavadov M. Əliyev A. Əliyev S. Heybətov Tərlan Babayev (T. Babayev kimi) Fərəc Fərəcov — satıcı

Filmi səsləndirənlər Ramiz Əzizbəyli — Əliabbas (İlham Qasımov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Hidayət (Gündüz Abbasov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Nazlı (Xanım Qafarova) (titrlərdə yoxdur) Sona Mikayılova — Bahar (Ayan Mirqasımova) (titrlərdə yoxdur)

Sponsor "Azərkinovideo" İstehsalat Birliyi

Çəkilişə köməklik edən qurum "Chevron" neft şirkəti

Mənbə Mükərrəmoğlu M. "Bakıda "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı keçiriləcək" //Xalq.- 2002.- 5 oktyabr. Mükərrəmoğlu M. ""Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı" //Xalq.- 2002.- 12 oktyabr. Mükərrəmoğlu M. "Nəsibə xanım bu dəfə özünü oynayacaq" //Xalq.- 2002.- 22 dekabr. Mükərrəmoğlu M. ""Şərq-Qərb" kinofestivalı başa çatdı" [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 378–379. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh. 816. Nadir Bədəlov. "Bizim kino". Fikrət Əliyevin "Yuxu" filmi haqqında. 16. aprel 2016

Həmçinin bax Məhəllə (film, 2003)

Xarici keçid "Yuxu" — Sənətkarların bir yerdə çəkildiyi sonuncu film

Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Fikrət Əliyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Yuxular haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər