və ya sərçəçalan () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək, sərçəkimilərə aid kiçik quşlarla qidalanan bu qızlıquş növünün adı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən 2019-cu ildə sərçəçalan kimi dəyişdirilib.
Təsviri Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Qanadları qısadır. Üst tərəfi və başı tünd-göy, alt tərəfi isə cizgili ağımtıl-kürəndir. Quyruğu köndələn zolaqlıdır. Dişisinin bel tərəfi qonurdur.
Yayılması Avropa, Asiya və Şimali Amerikada yayılıb. Qışlamaq üçün Afrikaya köçür. Azərbaycanda aran və dağətəyi rayonlarda olur. Buraya qışlamaq üçün gəlir və buradan miqrant populyasiyası da keçir. Payız köçü sentyabrda-noyabrda, yaz köçməsi isə mart-apreldə olur.
Həyat tərzi Ətrafı açıq sahə ilə əhatə olunmuş seyrək meşələrdə yaşayır. Geniş və sıx qaranlıq meşə massivindən qaçır. Ördəktutan adlanmasına baxmayaraq əsas yemi xırda quşlar (titrəkquyruq, sərçə, torağay, cüllüt, sığırçın və s.) və siçanabənzər gəmiricilərdir. Şikarını alçaqdan uçmaqla (belibağlı kimi) axtarır, yerdən və havadan çalıb götürür. Bəzən ağacvari Şorəngə kolunun dibində gizlənib şikarını pusmaqla ovlayır.
Sayı XX əsrin ortalarına qədər Kür-Araz və Lənkəran düzənliyində, xüsusən də Qızılağac körfəzi ətrafında çoxsaylı qışlayıb. 1970-ci illərdən başlayaraq Aran və Tuqay meşələrinin kəskin transformasiyası, zərərli quş bilib tələf edilməsi, texnosferin genişlənməsi və səs-küyün çoxalması, yem obyektlərinin azalması və zəhərlənməsi ilə sayı kəskin azalaraq Qırmızı Kitaba düşüb. XX əsrin axırında yanvar-fevral aylarında cəmi 60 quş, bundan 10 il sonra isə 35 quş sayılıb.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Ağgöl Milli Parklarında və digər Milli Parklarda qorunub saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar