Eynibulaq — Azərbaycan Respublikasının Siyəzən rayonunun Eynibulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Eynibulaq kəndi mərkəz olmaqla Eynibulaq kənd Soveti yaradılmışdır.

Toponimikası Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Hidronim isə eyni (ərəbcə "göz, çeşmə") və bulaq (azərbaycanca "çeşmə, qaynaq") komponentlərindən düzəlib, "gözlü bulaq" deməkdir.

Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.

Əhalisi Əhalisinin sayı 930 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Siyəzən rayonunun kəndləri