Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun Beşdam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir.
Coğrafiyası və iqlimi Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir.Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri