Məzmun Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır.
Film haqqında Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır.
Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Sabir Azəri, Fərhad Ağamalıyev Quruluşçu rejissor: Elxan Qasımov Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Rejissor: Adil İsmayılov Geyim rəssamı: Tatyana Əmirova Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Qrim edən: Berta Roqova Rejissor assistenti: Səadət Məmmədova, Y.Əhmədov, F.Hüseynov, Ə.Əhmədov Operator assistenti: T.Əlizadə, Sərvər Rəşidoğlu (S.Quliyev kimi), A.Məmmədov Rəssam assistenti: Y.Kirşner İşıq ustası: Tahir Bağırov İnzibatçı: S.Quliyev, Sahib Quluzadə, Ş.Balakişiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: V.Vasilyev Redaktor: Əhmədağa Qurbanov Filmin direktoru: Aydın İmrani
Rollarda Fəxrəddin Manafov — Eldar Sona Mikayılova — Əminə Ələddin Abbasov — Öməroğlu Süleyman Ələsgərov — İlyas Hamlet Xanızadə — raykom katibi Dadaş Kazımov — İsa Rasim Balayev — Səlman Məmməd Bürcəliyev — İbrahim Ramiz Əzizbəyli — Kərim Muxtar Maniyev — Mehdi Rahib Budaqov — Əsəd Xalidə Quliyeva — Xalidə Samir Qasımov — Samir Sadıq Hüseynov — Rəhim Süsən Məcidova — üzümçü Təvəkkül İsmayılov Y.Əhmədov Əhməd Əhmədov — iclas iştirakçısı N.Əliyev Zərnigar Ağakişiyeva — Eldarın anası Zilli Namazov — fəhlə İdris Rüstəmov — fəhlə
Filmi səsləndirənlər Şahmar Ələkbərov — Öməroğlu (Ələddin Abbasov) (titrlərdə yoxdur) Rasim Balayev — Eldar (Fəxrəddin Manafov) (titrlərdə yoxdur) Gümrah Rəhimov (titrlərdə yoxdur) Səməndər Rzayev — İlyas (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Səlman (Rasim Balayev) (titrlərdə yoxdur) Əli Zeynalov — İbrahim (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Xalidə (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Pərviz Bağırov — Əsəd (Rahib Budaqov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — telefonçu (titrlərdə yoxdur) Xalidə Quliyeva — Əminə (Sona Mikayılova) (titrlərdə yoxdur)
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:1984-cü ilin SSRİ filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri