() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Amur vilayətinin meşələrində yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 15 m-ə çatan, enli yumurtavari, dağınıq piramidal çətirli, dekorativ ağacdır. Gövdəsi hamar, parlaq, qabıqla örtülmüş gözəl, qırmızı- narıncı və ya qızılı-sarı rəngdədir. Yarpaqları 13 sm uzunluqda, ucu biz, parlaq, ellipsvari və ya uzunsov formadadır. Çiçəkləri ağ rəngdədir, diametri 0,6 sm-ə çatır. 10-50 ədədi bir yerdə olmaqla salxımlarda toplanır, iysizdir. Meyvəsinin diametri 5 sm-ə qədər olan, yumru, qara, xırda çəyirdəkmeyvədir. Çox acıdır, quşlar və ayılar tərəfindən yeyilir, ona görə vətənində «ayı giləmeyvələri» də adlandırılır. Tez böyüyür, toxumlarla asanlıqla çoxalır.

Ekologiyası Soyuğa və küləyə davamlı olub, -400C temperatura dözür. Məhsuldar torpaqlarda daha yaxşı inkişaf edir. Kölgələnməyə çox həssasdır, işıqda öz dekorativliyini saxlayır.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Abşeronda bu bitkiyə bir sıra yaşıllıqlarda təsadüf edilir.

İstifadəsi Balverən bitkidir. Tək və qrup əkinlərində, xiyabanların yaradılmasında istifadə edilir. Mədəni şəraitdə 1870-ci ildən becərilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meşəgilası Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1857-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Rusiya florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları