() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600–2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 5 m, çətirinin diametri 1,5 −2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5–6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2–2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Ekologiyası İşıqsevən, soyuğa davamlıdır, küləkdən qorunan münbit torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Respublikanın bir çox rayonlarında mədəni şəraitdə becərilir, Nəbatat bağında introduksiya olunub.
İstifadəsi Abşeronda bağ və parklarda rast gəlinir.
Sinonimləri
Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Badam Kateqoriya:Dekorativ kollar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası