Berlin Humboldt Universiteti (, qısaca HU Berlin, ) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib.
Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hazırda 34 min 612 tələbəsi vardır.
Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Ümumi məlumat Universitetin 11 fakültəsi və bir neçə mərkəz və institutu var. Tələbələrin 14%-i 100 müxtəlif ölkədən gələnlərdir. Bir semestrdə təhsil haqqı 242,68 avrodur. Universitet dünyanın 170 tədris müəssisəsi ilə əlaqə saxlayır.
Universitetin məşhurları 1901-ci ildə Nobel mükafatı təsis ediləndə ilk mükafatlardan biri Berlin universitetinin kimya professoru Yakobu Vant-Foffa verilib. Universitetin 29 Nobel mükafatçısı vardır.
Universitetin məzunları arasında Henrix Heyne, Lüdviq Feyerbax, Otto fon Bismark, Karl Marks, Fridrix Engels, Karl Libknext, Stepan Şaumyan və sairləri olmuşdur.
Reytinqi + "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/1149809499109178
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya universitetləri Kateqoriya:Berlində təhsil Kateqoriya:1810-cu ildə yarananlar