Aşkarsızlıq şəraitində… filmi rejissor Fərhad Yusifov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Filmdə əsas rolları Çingiz Şərifov, Fərman Abdullayev, Nail Əliyev, Faiq Sücəddinov, Vyaçeslav Həsənov, Xerardo Kontreras, Dinarə Yusifova, Rasim Rəhimov və Bayandur Mehdiyev ifa edirlər.

Məzmun Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir…Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 130–131

Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Salahov mənzilində qətlə yetirilir. İzi itirmək məqsədilə onun guya intihar etməsi təəssüratı yaradılır. Cinayət axtarış idarəsinin inspektoru Ələkbərov və prokurorluğun müstəntiqi Məmmədov cinayətin izinə düşürlər…

Film haqqında Film 2-ci kateqoriya alıb.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ramiz Fətəliyev Rejissor: Fərhad Yusifov Operator: Yefim Reznikov Rəssam: Fikrət Bağırov Bəstəkar: Faiq Sücəddinov

Rollarda Çingiz Şərifov — Məmmədov Fərman Şəkili (Fərman Abdullayev kimi) — Fərman Ələkbərov Nail Əliyev — Zeynalov Faiq Sücəddinov — Şəfiyev Vyaçeslav Həsənov — Musazadə Xerardo Kontreras — Kuptsov Dinarə Yusifova — Salahovun qızı Rasim Rəhimov — trest müdiri Bayandur Mehdiyev — rəis Əhəd Əsgərov — mühasib Loğman Kərimov — Salahovun sürücüsü Rövşən Əliyev — prokuror Məbud Məhərrəmov — gözətçi Nataliya Tağıyeva — qonşu

Yuri Mnatsakanov — qonşu

İlyas Hüseynov — qonşu

Oqtay Əsədov

A. Qlazov

Q. Mövsümov

F. Cəfərova

Q. Zeynalov

Rafiq Qasımov

T. Markatun

R. Krım

S. Vaysman

Fuad Şabanov

E. Hüseynov

M. Məmmədov

Ruhəngiz Qasımova — qonşu

A. Əliyev

F. Vısbukov

Filmi səsləndirənlər:

Rasim Balayev — Məmmədov (Çingiz Şərifov) (titrlərdə yoxdur)

Ədalət Məmmədov — Hüquq işçisi (titrlərdə yoxdur)

Nəcibə Hüseynova — Qonşu (titrlərdə yoxdur)

Ramiz Əzizbəyli — gözətçi (Məbud Məhərrəmov), Kuptsov (Xerardo Kantreras) (titrlərdə yoxdur)

Ramiz Məlik — Trest müdiri (Rasim Rəhimov) (titrlərdə yoxdur)

Yaşar Nuri (titrlərdə yoxdur)

Hamlet Xanızadə — Şəfiyev (Faiq Sücəddinov) (titrlərdə yoxdur)

Eldəniz Rəsulov — Zeynalov (Nail Əliyev) (titrlərdə yoxdur)

Hacı İsmayılov — Musazadə (Vyaçeslav Həsənov) (titrlərdə yoxdur)

Nuriyyə Əhmədova — İşçi (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1986-cı ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər