İlham Heydər oğlu Əliyev () — Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən), Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş naziri (2003-cü il avqust–noyabr aylarında).
Həyatı İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03%-ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 92,12% səs ilə qalib gəlib. Fevralın 14-də Milli Məclisdə and içib və and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti kimi öz səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl səviyyədə danışa bilir. Ailəlidir. Üç övladı, beş nəvəsi vardır.
Partiya mənsubiyyəti 1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədri və İdarə Heyətinin üzvü seçilmişdir.
Daxili siyasət
Mədəniyyət siyasəti Mədəniyyətlərarası dialoq Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olmuşdur. İlham Əliyev 2008-ci ildə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün "Bakı prosesi"nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İCESCO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi."Address by Irina Bokova, Director-General of UNESCO, on the occasion of the High-level meeting – Countering Violent Extremism through Girls' Education – 4th World Forum on Intercultural Dialogue" (PDF)."UNAOC co-organizes the 4th World Forum on Intercultural Dialogue on the theme "Advancing Intercultural Dialogue: New Avenues for Human Security, Peace and Sustainable Development" | UNAOC" . United Nations Alliance of Civilizations (UNAOC)."World Forum Baku" (PDF). 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir."Introduction – Baku process" . bakuprocess.az. 15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı."The Decree of the President of the Republic of Azerbaijan on the Formation of Baku International Centre of Multiculturalism – Baku International Multiculturalism Centre" . Baku International Multiculturalism Centre.
11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan etdi."Azerbaijan's multiculturalism: Setting an example for the world – ThePrisma.co.uk" . theprisma.co.uk. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmişdir."Official web-site of President of Azerbaijan Republic – NEWS" Events Ilham Aliyev attended the opening of the Third Baku International Humanitarian Forum" . en.president.az. Onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında 2016-cı il 25 – 27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi."Home – 7th UNAOC Global Form | Baku, Azerbaijan" . 7th UNAOC Global Form | Baku, Azerbaijan.
Elm siyasəti İlham Əliyev 5 may 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı."206 – "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında" . www.e-qanun.az. Təqribən dörd il sonra-10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı."2756 – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" . www.e-qanun.az. 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı."526 – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" . www.e-qanun.az. Dörd ay sonra-19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təsdiq etdi."223 – "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" . www.e-qanun.az.President. "Azərbaycan Respublikasının Prezidenti" . archive.president.az."Science Development Foundation under the President of the Republic of Azerbaijan" . sdf.gov.az. Prezident Əliyev 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı."1685 – İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında" . www.e-qanun.az. O, həmçinin, 19 dekabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsini yaratdı."Gəncə Bölməsi – WWW. SCIENCE. GOV. AZ" . www.science.gov.az. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı."2425 – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" . www.e-qanun.az.ict.az, ikt.az. "Order of the President of the Azerbaijan Republic on the establishment of the High-Tech Park of Azerbaijan National Academy of Sciences of (ANAS" . ict.az. 9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Humanitar siyasət İlham Əliyevin tapşırığı ilə Azərbaycandan Nepala, Fələstinə, 10 aprel 2017-ci ildə Cibutiyə və 8 sentyabr 2017-ci ildə isə Rohinqya qaçqınlarına humanitar yardım göndərilmişdir."Ilham Aliyev received a delegation led by the Foreign Affairs Minister of the State of Palestine" . en.president.az."Official information portal of the Ministry of Emergency Situations of the Republic of Azerbaijan" . Official information portal of the Ministry of Emergency Situations of the Republic of Azerbaijan."Ilham Aliyev attended First Summit on Science and Technology of Organization of Islamic Cooperation in Astana" . en.president.az."Official information portal of the Ministry of Emergency Situations of the Republic of Azerbaijan" . Official information portal of the Ministry of Emergency Situations of the Republic of Azerbaijan. 27 fevral 2012-ci ildə Serbiya Olimpiya Komitəsinin sədri, "Ana və Vlade Divats Fondu"nun təsisçisi Vlade Divats digər fəaliyyətləri ilə yanaşı humanitar yardımları və siyasətinə görə İlham Əliyevi "Ana və Vlade Divats Fondu"nun "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatına layiq görüldüyünü bildirdi və bu mükafatı ona təqdim etdi."Ilham Aliyev received a delegation led by the Chairman of the Olympic Committee of Serbia" . en.president.az. İlham Əliyev Vladimir Putinlə birgə Bakı Beynəlxalq Humanitar Formunu təsis etmişdir. O digər yüksəkvəzifəli dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə 2011, 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə keçirilən birinci, ikinci, üçüncü, dördüncü və beşinci Bakı Beynəlxalq Humanitar Formlarının açılış mərasimlərində iştirak etmiş və çıxış etmişdir."Baku International Humanitarian Forum" . bakuforum.az."Ilham Aliyev attended the opening of the International Humanitarian Forum" . en.president.az."Ilham Aliyev attended the opening of the Second Baku International Humanitarian Forum" . en.president.az."Ilham Aliyev attended the opening of the Third Baku International Humanitarian Forum" . en.president.az."Ilham Aliyev attended an official opening ceremony of the 4th Baku International Humanitarian Forum" . en.president.az. O, Bakı Beynəlxalq Humanitar Formunda tədbirin əhəmiyyətini aşağıdakı sözlərlə qiymətləndirmişdir: "…humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər… Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər"."Speech by President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev | Baku International Humanitarian Forum" . bakuforum.az.
Səhiyyə siyasəti