Roven Sebastyan Atkinson (; ) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır.
Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" () filmi çəkildi.
Həyatı 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır. Yazıçı Richard Curtis ilə tanış olması karyerası üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Dostu John Lloyd'un istehsalını boynuna götürdüyü və İngiltərənin İTV kanalında 1978-ci ildə yayıma başlayan "Saat 9 xəbərləri DEYİL !" (Not the Nine O'Clock News) serialında oynamışdır. 1983-cü ildə "Qara Gürzə" (The Black Adder) sitkorn-unda rol aldı.
Atkinson, özünə dünya şöhrəti gətirən Mr. Bean obrazını ilk dəfə 1988-ci ildə Thames Televiziyasında canlandırdı
Film karyerası Atkinsonun film karyerası ilk olaraq 1983-də bir James Bond filmi olan Heç vaxt "Heç vaxt" demə (Never Say Never Again) filmində başladı.Elə həmin ildə baş rolda özünün rol aldığı "Vaxtında Ölü" (Dead on Time) komediya filmində rol aldı.1994-cü ildə "4 toy,1 yas" (Four Weddings and a Funeral) filmində bütün dünyada çox böyük uğur qazandı.Elə həmin ildə daha bir fantastik uğur qazanan "Kral Şir" filmindəki Zazu obrazını səsləndirdi.
İlk Mr.Bean filmi isə 1997-ci ildəki "Bean" adı ilə film sektoruna daxil olmuşdur.Bu film dünyada ağlasığmaz bir uğura imza atır.Bu filmdən sonra 2001-ci ildə "Dabanınıza qüvvət" (Rat Race) filmində oynamış,bundan sonra 2002-ci ildə "Scooby-Doo" filmində də rol almışdır.
Mükafatları 1980-ci il BBC-nin şəxsiyyətliyi üçün Variety Club mükafatı BAFTA ən yaxşı işıq Əyləncə Performansı, 1989 Oliver üçün Whatsonstage mükafatı, 2010 Laurence Olivier mükafatı (mükafata namizəd olan), 2010
Filmoqrafiya +İlFilmin adıRolQeydlər1982Fundamental FrolicsÖzüqısametrajlı film1983Dead on TimeBernard Frippqısametrajlı fim1983Never Say Never AgainNigel Small-Fawcett1988The Appointments of Dennis JenningsDr. SchoonerQısametrajlı film1989The Tall Guy Ron Anderson1990The WitchesMr.Stringer1993Hot Shots! Part DeuxDexter Hayman1994Four Weddings and a FuneralFather Gerald1994The Lion KingZazuObrazı səsləndirib1997BeanMister BinHəmçinin prodüser 2000Maybe BabyMr.James2001Rat RaceEnrico Pollini2002Scooby-DooEmile Mondavarious2003Johnny EnglishJohnny EnglishLove ActuallyRufus2005Keeping MumReverend Walter Goodfellow2007Mr.Bean's HolidayMister Bin2011Johnny English RebornJohnny English2018Johnny English 3Johnny EnglishHəmçinin prodüser 2022Man vs. BeeTrevor
Maraqlı faktlar Rouen Sebastyan Atkinson Böyük Britaniyanın Baş naziri olmuş Toni Bleyerlə eyni zamanda bir məktəbdə təhsil almışdır. Blerin 13 yaşı olanda, Atkinsonu 11 yaşında həmin məktəbə köçürüblər.
Xarici keçidlər
Mister Bin kimi tanıdığımız Rouen Atkinson kimdir?
İstinadlar
Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Birləşmiş Krallıq komediyaçıları