Burkina Faso bayrağı — Burkina Faso dövlətinin rəsmi bayrağıdır.
4 avqust 1984-cü ildə hərbi çevrilişdən sonra qəbul edilmişdir. Quruluşu biri qırmızı, digəri yaşıl olmaqla iki horizantal xətdən və onların arasında sarı beşguşəli ulduzdan ibarətdir. Rənglərin mənası — qırmızı inqilabı, yaşıl ölkənin maddi sərvətlərini təmsil edir. Sarı beşguşəli ulduz da inqilabi rəmzdir.
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:4 avqustda yarananlar Kateqoriya:1984-cü ildə yarananlar Kateqoriya:1959-cu ilin bayraqları