Murad Sebastatsi () – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. thumb|200px|Murad Sebastatsi (1874 Sivas – 4 avqust 1918 Bakı).

XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir. 1918-ci ildə azərbaycanlı ahaliyə qarşı qətliam törədən daşnaklara kömək etmək üçün Bakıya qəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.

Xarici keçidlər Mourad de Sébastia

Həmçinin bax Erməni terrorizmi Mart soyqırımı

İstinadlar

Kateqoriya:Ermənilər Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:erməni fədayilər Kateqoriya:Ermənistan milliyyətçiləri