İndoneziya bayrağı — İndoneziyanın Dövlət bayrağı
Tarixi
1945-ci ildə İndoneziya müstəqilliyini elan edərək qırmızı-ağ bayrağını qaldırıb. Eyni cür bayrağa sahib olan Monako da rəsmi etirazını bildirib. Ancaq etiraz əsassız qəbul edilib, çünki İndoneziyanın bayrağının tarixinin daha qədimliyi sübut olunubHansı dövlətin bayrağında Kalaşnikov avtomatının şəkli var? kulis.az 09.11.2013. .
İndoneziyanın bayrağı 2 bərabər zolaqdan təşkil olunub: qırmızı və ağ. İndoneziya bayrağının rəngləri XIII-XV əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülmüşdür. 1945-ci ilin avqust ayının17-də dövlət bayrağı statusunu alıb. Qırmızı rəng insan qanını, daha geniş mənada isə maddi aləmi təmsil edir. Ağ rəng insan ruhunun rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
İstinadlar
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:17 avqustda yarananlar Kateqoriya:1945-ci ildə yarananlar Kateqoriya:Qırmızı və ağ bayraqlar Kateqoriya:İndoneziyanın dövlət rəmzləri