() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Skandinaviya, Avropada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-dək olan koldur. Budaqları qövsvari əyilmiş, iynələri çox vaxt qeyri-bərabər, əsasən zoğlarda oraqvari əyilmişdir. Yarpaqları iri, uzunluğu 15-20 sm, yalançı zoğları yaxşı inkişaf etmiş, uzunluğu 10–12 mm, eni 4–5 mm, çılpaqdır. Xırda yarpaqları 7, bəzən 5 və ya 9, ellips- yumurtavari formada, sadə dişlidir. Alt tərəfdə tükcükləri və vəzcikləri yoxdur, açıq və ya göyümtüldür. Çiçəkləri parlaq çəhrayı, tək, bəzən az çiçəkli çiçək qruplarında yerləşir, çiçək saplağı çox qısadır, əsasən yetişmiş meyvənin uzunluğuna çatmır, çılpaq və hamardır. Kasayarpaqları ensiz, lələkvari çıxıntılı, çiçəklədikdən sonra yuxarıya qalxmış və təxminən birləşəndir, yetişmiş meyvələrin üzərində qalır. Dişicik ağızcığının başı iri, təxminən oturaq, ağ tükcüklüdür. Hipanti oval, şarşəkilli-yumurtavari, çılpaq və hamardır, meyvəcikləri qozaşəkillidir.
Ekologiyası Torpağa tələbkar deyildir. Daşlı çınqıllı yamaclarda bitir. Quraqlığa, işığa, günəşə davamlıdır.
Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Vitaminli bitki kimi təsərrüfatda istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası