XaqanQədim Türk dili Orxon əlifbası: 𐰴𐰍𐰣 Transliterasiya: QağanQazax dili Latın əlifbası: Qağan Kiril əlifbası: ҚағанTürk dili Latın əlifbası: KağanRus dili Kiril əlifbası: Каган Latın əlifbası: KaganMonqol dili Kiril əlifbası: Хаан Transliterasiya: Xaan Monqol əlifbası: ᠬᠠᠭᠠᠨ Transliterasiya: QağanMacar dili Latın əlifbası: KagánÇin dili Sadələşdirilmiş çincə: 可汗 Hanyu Pinyin : KèhánFars dili Fars əlifbası: خاقان Latın əlifbası: Xaqan Koreya dili Hangul: Latın əlifbası Gahan McCune-Reischauer: Kahan
Xaqan () — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.
"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi"Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni: A. M. Babayev, Bakı, "Maarif", 1993, səh. 229–230. Monqol imperiyasında Qağan şəklində idi.
İstifadəsi Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər.Grousset (1970), səh. 61, 585, n. 92. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər. Qərb mənbələrində isə "caganus" kimi latınlaşdırılmışdır.
Osmanlıda Hakan ül-Berreyn vel-Bahreyn (torpaqların və dənizin xaqanı) titulu mövcud idi. Çində Li Şimin dövründə Birinci Göytürk xaqanlığı dağıldıqdan sonra imperatorlar özlərinə "Tian Kehan" yəni "Səma xaqanı" deməyə başladılar.
İbn Rustanın yazdıqlarına əsasən X əsrdə rus hökmdarları xaqan adlanırdı: I Vladimir, II Svyatoslav, I Yaroslav xaqan adlanırdı.
İstinadlar
Mənbə Дренетюркские языки и литературы. Главная редакция восточной литературы издательства "Наука", 1986. С. 56–58. Modern Enciclopedia of Russian and Soviet History. Vol. 15. Новосельцев А. П. К вопросу об одном из древнейших титулов русского князя // История СССР, 1982, № 4. С. 150–159; Трубецкой Н. С. О туранском элементе в русской культуре. Трубецкой Н. С. История. Культура. Язык. М., 1995. С. 141–162.
Kateqoriya:Zadəgan titulları Kateqoriya:Monqol imperiyası Kateqoriya:Çin tarixi Kateqoriya:İmperatorlar Kateqoriya:İslam tarixi Kateqoriya:Kral titulları Kateqoriya:Siyasətçilər Kateqoriya:Milli və ya etnik liderlik adları