() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır. Meyvələri avqustda yetişir, şarşəkilli, qırmızı və ya sarıdır, diametri 2,5 sm-ə qədərdir. Meyvənin üzərində kasayarpaqlarının qalığı saxlanılır.

Ekologiyası Qışa orta dərəcədə davamlıdır, sərt şaxtaları, yazda isə hava şəraitinin kəskin dəyişməsini pis keçirir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Meyvələrinə görə çox dekorativdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası