() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Mərkəzi Çindir.
Botaniki xarakteristikası Hündürlüyü 2-3 metrə çatan, həmişəyaşıl koldur,sarımtıl budaqları uzunluğu 4 sm olan güclü üçbölümlü iynələrlə əhatə olunmuşdur. Şaxəıənmiş möhkəm çətirli koldur, çətrinin diametri hündürlüyündən artıqdır. Bitki yaşlandıqda budaqları qövşəkilli forma alaraq aşağıya doğru sallanır. Zoğları çıxıntılı, sarımtıl rənglidir, yaşlandıqda boz rəngdə olur. Yarpaqları növbəli, cod, dərili, yumurtaşəkillidir, kənarı 3-4 dişli, tünd-yaşıl, aşağı tərəfi isə açıq yaşıldır. Uzunluğu 10 sm, eni isə 2,5 sm-dir. Çiçəkləməsi maydan iyuna qədər davam edir. Çiçəkləri sarı, zəif qoxuludur, 15 ədəd çiçəkləri möhkəm salxımlara yığılmışdır. Mayın ortalarında çiçəkləyir. Sentyabrın axırlarında uzunsov qara və ya göyümtül rəngli giləmeyvələri yetişir. Meyvələri oval formalı olub, çöküntülüdür.
Ekologiyası Kölgəyə, soyuğa davamlıdır, müvəqqəti quraqlığa dözür. Quru, rütubətli, turş və qələvi torpaqlarda da normal böyüyüb nkişaf edir.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Şəhər yaşıllaşdırmasında rast gəlinir.
İstifadəsi Parksalmada tək və qrup əkinlərində istifadə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1913-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları